Növ: Himantoglossum formosum - Qəşəng qayışləçək print

Böyük Qafqaz və Talış ərazilərində yuxarı dağ qurşağınadək meşələrdə və kolluqlarda rast gəlinir. Gövdənin aşağı hissəsində yerləşən uzunsov-lansetşəkilli yarpaqları, çoxçiçəkli, uzunsov sünbülşəkilli çiçək qrupu və oval kökyumrusu ilə seçilir. Əsas əlaməti tünd-qırmızı rəngli çiçəkləri və dodaq yarpağın orta hissəsinin qayışşəkilli olmasıdır. Dərman və bəzək bitkisidir.