Növ: Anacamptis pyramidalis - Piramidaşəkilli bağ səhləbi print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Monocotyledoneae
- Fəsilə: Orchidaceae
- Cins: Anacamptis
- Növ: Anacamptis pyramidalis
Azərbaycanda orta dağ qurşağınadək meşənin tala sahələrində, kolluqlarda, otlu yamaclarda və bağlarda əksər rayonlarda rast gəlinir. Çiçək qrupu çoxçiçəkli sünbül tiplidir, tünd-qırmızıdır. Dodaq yarpaq 3 bölümlüdür, orta hissə daha uzun və ensiz olub, mahmıza malikdir. Pollini ayaqcıqlıdır, kök yumrusu ovalşəkillidir. Dərman və bəzək bitkisidir.