Şöbə: Lycopodiophyta - Plaunkimilər print

Bu şöbəyə otşəkilli bitkilər aiddir və nümayəndələri mamırlara bənzəyir. Onlar sürünən və ya yerdən azca qalxmış gövdəyə və xırda yarpaqlara malik olur. Əsl borulu bitkilər olub, həqiqi kök sisteminə malikdirlər. Sporlar yarpaqların üst hissəsindəki sporofillərdə yaranır.

Müasir florada plaunkimilər 3 fəsilədə 1200 növlə təmsil olunmuşlar. Azərbaycan florasında bu şöbəyə aid 2 fəsilə və 2 növ müəyyən edilib: Plaunlar (Lycopodiaceae) fəsiləsinə aid olan Quzu plaunu (Huperzia selago) və Selaginellalar (Selaginellaceae) fəsiləsinə aid olan İsveçrə selaginellası (Selaginella helvetica).