Cins: Eleocharis - Batdaqlıca print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Monocotyledoneae
- Fəsilə: Cyperaceae
- Cins: Eleocharis
Dünyada geniş yayılan 200-dən artıq növündən Azərbaycanda 6 növə rast gəlinir. Zaqafqaziya batdaqlıcası yalnız Lənkərandan məlum olduğu halda, bataqlıq batdaqlıcası bütün Azərbaycanda yayılmışdır. Ekoloji cəhətdən batdaqlıca növlərinə arandan orta dağ qurşağınadək müxtəlif bitmə şəraitində, bataqlıqlaşmış yerlərdə, çay və yol kənarlarında təsadüf olunur. Növlərin təyinində yumurtalığın qaidəsinin qalınlaşmış hissəsinin (stilopodiya) əlamətləri əsas götürülür. Çiçəkyanlığının, meyvənin, örtük pulcuqların nişanələri də əhəmiyyətlidir.
- Növ: Eleocharis austriaca
- Növ: Eleocharis meridionalis
- Növ: Eleocharis palustris - Bataqlıq batdaqlıcası
- Növ: Eleocharis quinqueflora
- Növ: Eleocharis transcaucasica - Zaqafqaziya batdaqlıcası
- Növ: Eleocharis uniglumis