Cins: Fimbristylis - Fimbristilis print

Tropik, subtropik və qismən mülayim iqlimli ölkələrdə yayılan 300-dən çox növündən Azərbaycanda, əsasən, aran rayonlarında (ən çox Lənkəran ovalığında) rütubətli və bataqlaşmış yerlərdə 3 növə rast gəlinir. Çiçəkyanlığı olmayan, ikicinsli, birillik otlardır. Növləri bir-birindən çiçək qrupunun, örtük yarpaqların və meyvəsinin əlamətləri ilə fərqlənir.