Şöbə: Equisetophyta - Qatırquyruğukimilər print

Bu şöbəyə gövdələri buğumşəkilli, yan budaqları və xırda yarpaqları buğumlarda topaşəkilli yerləşən çoxillik ot bitkiləri aiddir.

Müasir florada qatırquyruğukimilər yeganə fəsilədə - Qatırquyruğular (Equisetaceae) fəsiləsində 1 cins, 25 növlə təmsil olunmuşlar. Azərbaycan florasında 1 cinsə aid olan 6 növ qatırquyruğu var.