Cins: Cladium - Qılıncotu print

Mülayim, subtropik və tropik qurşaqda yayılan 4-5 növündən Azərbaycanda 2 növə rast gəlinir. Rütubətli yerlərdə, bataqlıqlarda iri cəngəlliklər əmələ gətirir. Lənkəran və Kür-Araz ovalıqlarından məlumdur, adi qılıncotu növü sonralar Böyük Qafqazın şərq hissəsindən də toplanıb. Hündürlüyü 1.5 m olan, yoğun kökümsovlu bitkidir. Çiçəkləri sünbülşəkilli çiçək qrupuna toplanır. Evlərin damını örtmək üçün və xalq təbabətində qəbizliyə qarşı istifadə edilir.