Cins: Kobresia - Şeqo print

Şimal yarımkürəsinin, xüsusən Asiyanın mülayim və soyuq iqlimli ölkələrində 40 növünə rast gəlinir. Respublikamızda 3 növü yayılıb. Azərbaycanda şeqo növləri, əsasən, Qafqaz regionunda, az hallarda Lənkəran dağlıq rayonunda, əksər hallarda alp çəmənlərində yayılmışdır. Bircinsli, çiçəkyanlıqsız, çoxillik, çim əmələ gətirən bitkilərdir. Növlərin təyin edilməsində çiçək qrupunun, meyvənin əlamətləri əsas götürülür. Sünbülcükləri sünbülvari çiçək qrupuna yığılır, ucda erkəkcik daşıyan, aşağıda dişicik daşıyan çiçəklər yerləşir. Cillərdən fərqli olaraq bunlarda dişicik daşıyan çiçəyin altlığı kənarı ilə ancaq qaidə hissəsində bitişir və bütöv kisəcik əmələ gətirmir. Yem bitkisi kimi faydalıdır.