Cins: Eriophorum - Tüklücə print

Mülayim və soyuq iqlimli ölkələrdə yayılan 15 növündən Azərbaycanda 2 növə rast gəlinir. Əsasən, Böyük və Kiçik Qafqaz regionlarının yüksək dağ bataqlıqlarında bitir. Çiçəkləri ikicinsli, erkəkciyi 3, dişiciyi 3 (4) olub, kökümsovlu çoxillik bitkilərdir. Növləri bir-birindən sünbül çiçək qrupunun gövdənin yuxarısında 1 və ya çox sayda olması, meyvəsinin rəngi və forması ilə seçilirlər.