Cins: Arum - Gəcəb print

Avropa və Aralıq dənizi ölkələrində yayılan 20 növündən Azərbaycanda əksər rayonlarda arandan orta dağ qurşağınadək kolluqlarda, nəmli yamaclarda 4 növünə rast gəlinir. Kökümsovlu çoxillik otlardır. Sarğı yarpağı iridir, əlvandır, çiçək daşıyan gövdəsi yarpaqsızdır. Çiçəkləri bircinslidir, çiçəkyanlığı reduksiyaya uğrayıb, qısa çiçək qrupuna yığılır. Meyvəsi giləmeyvədir. Kökümsovu və yeraltı yumruları zəhərlidir, nişastalıdır, bişirildikdə isə zəhərini itirir və yeyilir.