Fəsilə: Osmundaceae - Osmundalar print

Qədim bitkidir. Qafqazda və o cümlədən, Azərbaycanda 1 cinsə aid 1 növü var. Yarpaqları iridir, bəzən 2 m-ə çatır, 1-2 dəfə lələkvari bölümlüdür. Yarpaqların bir hissəsi sporsuz, digər hissəsi sporlu olmaqla fərqlənirlər. Qafqazda ən iri cəngəllikləri Kolxida ovalığında və Adler yaxınlığında torflu bataqlıqlardadır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.