Cins: Adonis - Xoruzgülü print

Avropa və Asiyanın mülayim iqlimli ölkələrində 20 növü yayılmışdır. Azərbaycanda 5 növünə rast gəlinir. Onlar Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkin yerlərində, quraq yamaclarda, alaq bitkiləri arasında yayılmışdır. Bir və çoxillik otlardır. Çiçəkləri tək-tək yerləşir. Ləçəkləri qırmızı və sarı olur. Erkəkcikləri çox, gineseyi apokarp, dişicikləri çoxdur.Meyvəsi toxumca olmaqla “yığılmış” meyvədir. Əksərən zəhərli bitkilərdir. Bəzi növlərindən ürək və böyrək xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman preparatları alınır. Çoxillik növlərinin köklərindən sarı boya alınır.