Cins: Nigella - Qara çörəkotu print

Mərkəzi Avropa və Aralıq dənizi ölkələrində 16 növü yayılmışdır. Azərbaycanda 6 növünə rast gəlinir. Birillik otlardır. Çiçəkləri tək-tək yerləşir, müntəzəmdir.Çiçəkyanlığı yarpaqları əlvandır, nektarlıqları ləçəyəbənzərdir. Meyvəsi qutucuq, toxumları qara rənglidir. Arandan orta dağ qurşağınadək respublikanın əksər rayonlarında quru yamaclarda, əkin və dincə qoyulmuş yerlərdə təsadüf olunur. Növlərin təyinində yarpağın formasından, kasayarpağının rəngindən, ləçəyin əlamətlərindən istifadə olunur. Dərman, qida, bal verən bitkilərdir. Xalq təbabətində bu bitkinin toxumları qandayandırıcı və qadın xəstəliklərinin müalicəsində istifadə olunur.