Cins: Trollius - Üzgəcotu print

Avroasiyanın mülayim qurşağında 12 növü yayılmışdır. Azərbaycanda 1 növü vardır. Bu növə Böyük və Kiçik Qafqazın subalp və alp qurşağında, rütubətli dağ çəmənliklərində, otlu yamaclarda rast gəlinir. Tünd yaşıl rəngli, hündür, çoxillik ot bitkisidir. Dekorativ bitkidir, zəhərlidir.