Fəsilə: Aspleniaceae - Qamçılıcalar print

Dünyada 17 cinsi məlumdur. Qafqaz və Azərbaycanda fəsilənin 3 cinsi var. Qayışşəkilli, tam yarpaq ayasına maraldili  (Phyllitis) cinsində rast gəlinir. Digər iki cinsin yarpaq ayası 1-3 dəfə lələkvari bölünmüşdür. Çalovcuq və asplenium cinsinin bir neçə növü mezofil xarakterli olub meşə bitkiləridir, əksər növləri quraq yer bitkiləri olub qaya çatlarında və bu kimi bitmə şəraitində rast gəlinir. Sorusları uzunsov, bəzən xətvaridir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.