Fəsilə: Dryopteridaceae - Ayıdöşəyilər print

Qafqaz və Azərbaycanda 2 cinsi var: cərgəvər, ayıdöşəyi. Ayıdöşəyi cinsində induzium böyrəkşəkilli olub sorusa yan tərəfdən birləşir, hametofitdə anteridi və arxeqonilər bir-birindən aralı yerləşir. Cərgəvər cinsi növlərində induzium qalxanşəkilli, sorusa ortadan birləşir, hametofitdə anteridilər və arxeqonilər yetişəndə bir-birinə qarışırlar.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.