Askomisetlər və ya kisəli göbələklər (Ascomycota) print

Askomisetlər (Ascomycota) və ya kisəli göbələklər şöbəsinə 30 000-ə qədər göbələk növü daxildir. Bu şöbədə həm birhüceyrəli, həm də çoxhüceyrəli göbələklərə rast gəlmək olar. Onların cismi haploid miseli ilə örtülmüşdür. Bu qrupun nümayəndələrinin ən əsas xüsusiyyəti askosporlarla kisələrin formalaşmasıdır. Qrupun ən tanınmış nümayəndəsi mayadır (pivə, çaxır, kefir və s.). Sekvenasiya olunmuş S. pombe genləri, məsələn, Saccharomices cerevisiae mayası qlükozanın (C6H12O6) fermentasiyasına təsir edir. Fermentasiya prosesi nəticəsində bir qlükoza molekulundan iki etil spirti molekulu alınır.

Askomisetlərin (quzuqarnı, dombalan göbələk və s.) torpaqda yayılan miseliləri birnüvəli hüceyrələrdən ibarət olur. Onların kisələrində ziqot nüvələri əvvəlcə qovuşur, daha sonra nüvənin meyoz bölünməsi baş verməklə haploid ask sporları yaranaraq külək vasitəsilə yayılır.