Palçıq vulkanları print

Yer kürəsində məlum olan 800-dən artıq palçıq vulkanlarından 320-dən çoxu Azərbaycanda, əsasən, Cənubi-Şərqi Qafqazda yerləşir.

Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı-Quba, Şamaxı-Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında, Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyinin Xəzər dənizinə qovuşan cənub-şərq hissəsində ən çox inkişaf etmişdir.