Kür-Araz iqtisadi - coğrafi bölgəsi print

Kür - Araz iqtisadi - coğrafi bölgəsi olduqca əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənubqərbdə Kiçik Qafqaz, cənubda Lənkəran iqtisadi regionu, şərqdə isə Xəzər dənizi ilə həmsərhəddir, iqtisadi regionun ümumi sahəsi 21.43 min km2 olmaqla, ölkə ərazisinin 24.7 %-ni əhatə edir.

Kür - Araz iqtisadi bölgəsinin ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən və əsasən Kür və Araz çaylarının əmələ gətirdiyi düzənliklərdən ibarətdir. Burada Kür çayının sol sahili ilə Şirvan, sağ sahili boyu Qarabağ, Mil, Arazın və Kürün aşağı axınından cənubda isə Muğan və Salyan düzləri yerləşir. İqtisadi region üçün əsasən quru subtropik iqlim xarakterikdir.

İl ərzindəki günəş parıltısının miqdarı 2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq (2.5 - 0° C) və həddən çox yumşaq (5 - 2.5° C) şəraitdə keçir. Ölkəmizin ən az yağmtılı (200 - 400 mm) ərazilərindəndir. İsti dövrlərdəki (aprel - oktyabr) mümkün buxarlanma 800 - 1000 mm tərtibindədir. • Iyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün ətrafında tərəddüd edir. Küləyin orta illik sürəti 2 - 4 m/san və az olur, iqlim kontinentallığı orta (205-ə qədər əmsalla) kon- • tinentallıq intervalında səciyyələnir. II ərzində şaxtasız dövrün davamiyyəti 225 - 250 gün və daha çox, havanın temperaturunun 0° C-dən aşağı olan günlərin sayı isə 10 - 20 gün və az təşkil edir. İl ərzində qar örtüyü olan günlərin sayı 1 0 -2 0 gün və az olur