Naxçıvan iqtisadi - coğrafi bölgəsi print

Naxçıvan, Şərur, Kəngərli və Sədərək rayonları daxildir. Bölgə Naxçıvan Muxtar Respublikası ərazisini əhatə edir. Ərazinin çox hissəsini Zəngəzur və Dərələyəz silsilələri, onların Araz çayına tərəf ayrılan qolları tutur. Ən yüksək zirvələri Qapıçıq (3904 m), Yağlıdərə (3827 m), Qazangöldağ (3814 m), Sarıdərə (3754 m), Dəvəboynu (3560 m) və s. dağlardır. Digər hissəsini bir-birindən dağ qolları və tirələri ilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyiikdiiz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad düzləri və s.) tutur.

Geoloji quruluşu. Ərazi geoloji cəhətdən Kiçik Qafqazın Araz tektonik zonasında yerləşir. Geoloji quruluşunda Paleogen Antropogcnin çöküntü kompleksləri iştirak edir. Ərazi geoloji təbiət abidələri ilə çox zəngindir.

Muxtar Respublikanın iqliminə onun coğrafi mövqeyi - ərazinin hər tərəfdən dağ silsilələri (Koqnur-Alagöz, Zəngəzur və Dərələyəz) ilə əhatə olunması və iri su hövzələrindən (Qara dəniz, Xəzər dənizi) uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi 5 tipə ayrılır. Yayı quraq keçən miilayim-isti yarımsəhra və quru çöl iqlimi Arazboyu düzənlikləri və qismən alçaq dağlıq sahələri əhatə edir. Qışı quraq keçən yarımsəhra və quru çöl yarımsəhra və quru çöl iqlimi alçaq dağlıq qurşağın yuxarı, orta dağlıq qurşağın aşağı hissəsini (1100 - 1600 m) əhatə edir. Yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi orta dağlıq qurşağın yuxarı, yüksək dağlıq qurşağın aşağı hissəsini (1600 - 2600 m) əhatə edir. Yayı quraq və sərin keçən soyuq iqlim yalnız Zəngəzur silsiləsinin cənub-qərb yamaclarında, yüksək dağlıq qurşağın mərkəz zolağında, 2600 - 3200 m yüksəkliklərdə yayılmışdır. Dağlıq tundra iqlimi ərazinin yüksək dağ zirvələrini (3200 m-dən yuxarı) əhatə edir.

Ərazinin çayları. Muxtar Respublika ərazisində təxminən 400 böyük və kiçik çay vardır. Bunlar, əsasən, Şərqi Arpaçay (126 km), Naxçıvançay (81 km), Əlincəçay (62 km), Gilançay (53 km), Bağırsaqdərə (33 km), Düylüncə (30 km), Vənəııdçay (29 km), Parağaçay (21 km), Küküçay (20 km), Ordubadçay (19 km) çaylarıdır.

Ərazinin gölləri. Muxtar Respublikanın ərazisi quraq iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi isə kiçikdir. Burada 20-dək göl mövcuddur. Qaıılıgöl (dəniz səviyyəsindən 2424 m yüksəklikdə) və Salvartı gölü (dəniz səviyyəsindən 2843 m yüksəklikdə) eyni adlı çayların mənbələrində, Göygöl isə Sağarsu çayının (Gilançayın sol qolu) mənbəyində, dəniz səviyyəsindən 3065 m yüksəklikdə yerləşir.

Torpaq örtüyü. Ərazidə yayılmış dağ və düzən torpaqları, əsasən, aşağıdakı torpaq tiplərinə bölünürlər: İbtidai və torflu dağ-çəmən, çimli dağ-çəmən, bozqır dağ-çəmən, yuyulmuş qəhvəyi dağ-meşə, tipik qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, adi dağ-şabalıdı, çüriintülüsulfatlı dağ-şabalıdı, açıq dağ şabalıdı, ibtidai boz-çəmən, allüvial-çəmən, şoran lı şorakətlər.

Bitki örtüyü. Ərazi zəngin floraya və rəngarəng bitki örtüyünə malik olub 170 fəsiləyə aid 2835- dən çox növlə təmsil olunur. Arazboyu düzənliklərdə və qismən alçaq dağlıq sahələrdə (600 - 1200 m) səhra və yarımsəhra bitkiləri - yovşan (Artemisia sp.), şorangə (Salsola sp.) və s. yayılmışdır. Bozqır və orta dağlıq ərazilərdə tikanlı gəvən (Astragalus sp.), tıs-tıs (Acanlholimon sp.). xaşa (Onobtychis sp.). kəklikotu (Thymus sp.), topal (Festuca sp.), ponıq (Stachys sp.) və s. ibarət dağ bozqır senozları əmələ gətirir. Burada qum bozqır bitkilərindən - koçi kəklikotu (Thymus kotschyanus), ağ məryəmnoxudu (Teucrium poli- um), darıdağ başlıqotu (Scutellaria darriensis), traulvetter pişiknanəsi (Nepeta trautvetteri). cənubi qafqaz xaşası (Onobtychis transcaucasica). akaka soğanı (Allium akaka), çəngəli gəvən (Astragalus tribuloides), yatıq sığırdili (Ajuga chamaecistus) üs- tiinliik təşkil edir. Naxçıvan, Gilan və Əlincə çayları hövzələrində dəniz səviyyəsindən təxminən 1800 - 2400 m hündürlükdə parkşəkilli kiçik meşələrdə şərq palıdı meşəliyi (Quer- cus macranthera) digər meşə formasiyalarına nisbətən daha geniş yayılmışdır. Palıd meşəliyində adi göyrüş (Fraxinus excelsior), iberiya ağcaqayını (Acer iberica), armud (Pyrus sp.). badam (Amygdalus sp.), iberiya doqquzdonu (Lonicera iberica), cn- liyarpaq gərməşov (Euonymus lath- folia), quşamuıdu (Sorbus sp.), əzgil (Mespilus germanica), alça (Prunus divaricata), beşyuvalı yemişan (Crataegus pentagyma), ot bitkilərindən isə qırxbuğum (Polygonum sp.), öküz- boğan (Bupleurum sp.), lərgə (Vicia sp.), qırtıc (Poa sp.), çobantoppuzu (Dactylis sp.) növlərinə daha çox rast gəlinir. Digər meşəlik sahələri üçün ardıclıq (Juniperus sp.) və çaykənarı sahələrdə söyüd (Salix sp.) meşələri xarakterikdir.
Yüksək dağlıq sahədə dağ bozqırları, qismən subalp və alp çəmənlikləri yayılmışdır. Burada, əsasən, Heracleum trachyloma, Trifoli- um pratense. Carum carvi, Festuca sclerophyla. Dactyl is glomerata. Delphinium caucasicum, Rumex acetosa, İnula sp., Centaurea sp., Silene sp., Rheum sp., Vicia sp. kimi növlərə rast gəlinir. Alp xalıları Carum caucasicum, Alchemilla grossheimii, Plan- tago saxatilis, Taraxacum stevenii, daşlı qayalarda isə Sibbaldiaparviflora, Campanula tridentata, Minuartia aizoides xırda formasiyalar yaradır.
Ərazidə 65 endem bitki növünə rast gəlinir. Bunlar, əsasən, aşağıdakılardır: Pyrethrum ordubadensis, Tra- gopogon nachitschevanicus, Galium atropatanum. Astragalus aznabjurti- cus, A. nachitschevanicus, A. ordubadensis, Rosa karjaginii, Salsola futi- lis, Milium transcaucasicum, Melica sehisehkinii, Stipa gaubae, S. issaevii, Bromus tzvelevii, Flytrigia heidema-
nıae.

Fauna. Ərazi zəngin fauna müxtəlifliyinə malikdir. Təkcə onu qeyd etmək lazımdır ki, Naxçıvan ərazisində Azərbaycan faunasının 60%-dən çoxuna rast gəlmək mümkündür. Ərazi həmçinin yüksək ende- mizi ilə də fərqlənir. Təkcə pulcuqqa- nadlılar (kəpənəklər) üzrə 150-ə yaxın növ dar arealh endem olub yalnız Naxçıvan ərazisində mövcuddur. Burada yayılmış 2250 böcək növündən 25 növü Cənubi Qafqaz, 51 növü isə Naxçıvan endemidir. Ərazinin ixtiofaunası da zənginliyi, nadirli- yi və özünəməxsusluğu ilə seçilir.
Bunlar 30 növə aid olan kür altağızı (Chondrostorna cyri), kür qumlaq- çası (Gobio persa), araz xramulyası (Varicorhinus capoeta sevangi), kür şirbiti (Barbus cyri), mursa (Barbus mursa)> şərq qıjovçusu (Alburnoi- des bipunctatus), atıqor çılpaqçası (Nemacheilus angorae), zərdəpər (Barbus capito), adi qızılxallı (Sal- mo fario) və s. balıqlardır. Muxtar Respublika ərazisində amfibilərdən 6 növ, sürünənlərdən isə 35 növ təsvir edilmişdir. Amfibilər nadir növ olan suriya sarımsaqiyli qurbağası (Pelo- bates syriacus), adi ağac qurbağası (Hyla arborea), yaşıl quru qurbağası (Bufo viridis), göl qurbağası (Rana ridibunda), kiçik asiya qurbağası (Rana macrocnemis) ilə təmsil olunmuşdur. Sürünənlərin əsas nümayəndələri aralıq dənizi tısbağası (Testudo graeca), yovşanlıq girdəbaş kərtənkələsi (Phryno- cepbalus helioscopus), biçimli ilanbaş kərtənkələ (Ophisops ele- gans), suilanı (Natrix tessel lata),
NAXÇIVAN iqti^di-coğraft bölgəmi
xaltalı eyrenis (Eirenis collaris), kiçik asiya irigüızəsi (Macrovipera lebetina) və s. növlərdir. Ərazinin ornitofaunasında 246 növ müəyyən edilmişdir. Onlardan ən geniş yayılmış növlər dam sərçəsi (Passer do- mesticus), kəkili i torağay (Gal er i da cristata), çöl göyərçini (Columba livia) qırmızıbaş alaçöhrə (Lanius senator), iri zəvzək (Hippolais pallida), oxuyan silvi (Sylvia horten- sis) və s. növlərdir.

Naxçıvan Muxtar Respublikası ərazisində məməlilərin 61 növü yayılmışdır. Burada ciicüyeyən mə- məlilərdən ağdöş kirpi (Erinaceus concolor), qulaqlı kiıpi (Hemiec- hinus auritus), kiçik ağdiş (Cro- cidııra suaveolens), ağqarın ağdiş (Crocidura leucodon) və s. növlərə rast gəlinir. Uçan məməlilər (yarasalar) böyük nalburun (Rhinolophus ferrumequinum), cənub nalburu- nu (R. ewyale), palazqulaq yarasa (Plecotus auritus) və s. növlərdən ibarətdir. Ciitdırnaqlılardan qaban (Sus scrofa), bezoar keçisi (Capra aegagrus), kiçik asiya muflonu (Ovis orientalis), gəmiricilərdən isə meşə süleysini (Dyromys nitedula), kiçik ərəbdovşanı (Allactaga elater), meşə siçanı (Apodemus (sylvaemus) ponti- cus), hind tirəndazı (Hystrix indica) və s. canlılara rast gəlinir. Yırtıcılardan ərazidə çaqqal (Canis aureus), canavar (Canis lupus), adi tiilkü (Vulpes vıılpes), qonur ayı (Ursus arctos), çöl pişiyi (Felis libyca), ma- nul pişiyi (Felis manul), vaşaq (Lynx lynx) yayılmışdır.