Abşeron rayonu print

Abşeron rayonu Azərbaycan Respubikasında, Xəzər dənizinin qərb sahillərində, Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir. Qərbdən Qobustanla həmsərhəd olan Abşeron yarımadasının uzunluğu təxminən 60 km, ən geniş yerdə eni 30 km-dir. Abşeron rayonunun relyefi, əsasən, təpəli düzənlik və dağlıqdır. Ərazinin səthi geniş düzənliklərdən, bir-birindən dərə və çökəkliklərlə ayrılan tirə, yayla və təpəliklərdən ibarətdir. Abşeron rayonunun qərb hissəsi nisbətən yüksəkdir. Ərazinin əsas zirvələri Bayanata (588 m), Kənizədağ (393 m), Otmanbozdağı (389 m), Kərkəs dağı (383 m), Şabandağ (354 m), İlxıdağ (336 m), Qovundağ (328 m ), İslamdağ (315 m), Qaraislam (312 m) dağlarıdır. Sahilboyu hissə okean səviyyəsindən 28 m-dək aşağıdadır. Maksimal hündürlük şimal-qərbdə 393 m olan Kənizədağdır. Müalicə əhəmiyyətli mineral sular (Suraxanı, Şıx) vardır. Ərazidə, əsasən, Neogen və Antropogen sistemlərinin çöküntüləri yayılmışdırŞimal-qərb hissədə Tabaşir çöküntülərinə rast gəlinir. Ərazidən iki çay - Ceyrankeçməz, Sumqayıtçay çayları keçir.

Flora . Ərazinin florası 800-dən çox növ ilə təmsil olunur. Əsasən, yarımsəhra landşaftına malik olan ərazi gözəlçiçəkli, dekorativ bitkilərlə çox zəngindir. Abşeron yarımadası ərazisində iyirmiyə qədər nadir bitki növləri yayılmışdır. Burada Qafqaz quşsəhləbi (Ophrys caucasica), xəzər səhləbi (Orchis caspia), parlaq kladoheta (Cladochaeta condidissima), itikənarlı süsən (Iris acutiloba), qışdaçiçəkləyən şternbergiya (Sternbergia colchiciflora) kimi Qafqaz endemlərinə rast gəlinir. Abşeronda qaya dovşanalması (Cotoneaster saxatilis), şamaxı tıs-tısı (Acantholimon schamachensis), iran ilankölgəsi (Ferula persica) kimi dünyanın heç bir yerində deyil, yalnız Azərbaycanda olan bitkilərə də rast gəlmək mümkündur. Bakı cuzqunu (Calligonum bakuense), bakı gəvəni (Astragalus bakuensis), tükcüklü şiyav (Stipa pellita), alovlu gəvən (Astragalus igniarius) kimi bitkilərə isə dünyada və Azərbaycanda yalnız Abşeronda rast gəlinir. Abşeronun yarımsəhra şoranlı torpağında vip restoranların yaraşığı sayılan trüfel (Terfezia leonis) təbii halda yetişir.
Yanmsəhra landşafl tipinə aid olmasına rəğmən burada bir çox agac və kol növlərinə də rast gəlinir. Ərazinin əsas kol bitkiləri itburnu (Rosa canina), dovşanalması (Cotoneaster sp.). ibcriya doqquzdonu (Lonicera iberica), Pallas murdarçası (Rhamnus pallasii), öldürgən (Anabasis sp.), Bakı cuzqımu (Calligonum bakuense). Şober şörgiləsi (Nitravia schoberi), yulğun (Tamarix sp.), tikanlı dəvəqıran (Atrafaxis spinosa), kolvari jasmin (Jasmimon fruticans). Rus ıtüzümü (Lycium ruthenicum). sailaq ilüzumü (Lycium depressum) və s. bilkibrdən ibarətdir. Təbii ağac bitkibrindən isə yanmadada adi əncir (Ficus carica), adi nar (Punica granatum), xırdameyvəli albalı (Cerasus microcarpa), adi püstə (Pistacia vera). hamar dağdağan (Celtis gfabraia), sumax (Rbus coriaria), çoxmeyvəli ardıc (Juniperus polycarpa), uzunsov ardıca (J.oblonga) rast gəlinir.

Çempion ağaclar. Abşeron yarımadasının digər nadir təbidt abidələri onun veteran ağaclarıdır. Burada yaşı 300-500 il olan onlarla püstə, zeytun, əncir, dağdağan və ardıc ağaclan nüsxəsinə rast gəlinir. Bu nüsxələr əvvəllər Abşeronun savanna tipli bitki örtüyünə malik olduğunu göstərir.

Fauna. Burada m əm olibr canavar(Canis lupus), tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus),adi kirpi (Erinaceus concolor), qulaqlı kirpi (Hemiechinus auritus), qırmızıquyruq qum siçanı (Meriones libycus), ərəbdovşanı (Allactaga elater) və s. canlılarla təmsil olunur. Sürünənlər sinfi, əsasən, tısbağalar, pulcuqlular və ilanlar ilə təmsil olunur. Bunlar aralıq dənizi tısbağası (Testudo graeca), xəzər tısbağası (Mauromus caspica), bataqlıq tısbağası (Emys orbicularis), qafqaz kələzi (Laudakia caucasica), xəzər gekkonu (Cyrtopodion caspius), uzunayaq şneyder kərtənkələsi (Eumeces schneideri), girdəbaş yovşanlıq kətlənkələsi (Phrynocephalus heliscopus), biçimIi iIanbaş kərtənkələ (Ophisops elegans), cəld kərtənkələcik (Eremias velox), əlvan kərtənkələcik (Eremias arguta), Levant irigürzəsi (Macrovipera lebetina) və s. canlılardır. Amfibilər, əsasən, yaşıl quru qurbağası ilə təmsil olunub.
Ərazidə yaşayan cücülər sinfinə aid canlılar həddən çox zəngin biomüxtəlifliyə malikdir. Ərazi həmçinin zəngin ornitofaunaya malidir. Ərazidə aşağıdakı nadir və nəsli kəsilməkdə olan növlərə rast gəlinir; çöl pişiyi (Felis libuca caudata), ceyran (Gazelle subgutturosa), safsar (Vormela peregusna), ilanyeyən dəmircaynaq (Circaetus galucus), adi göydimdik (Oxyura leycocephala), ağdöş qaraördək (Aythya nyroca), kiçik qarabatlaq (Phalacıvcorax pygmaeus). qıvrımlələk qutan (Peiecanus onocroialus), çəhrayi qutan (Pelecanus roseus), adi bəzgək (Tetrax tetrax), sultan toyuğu (Porphyrio porphyrio), adi flaminqo (Phoenicopterus roseus), fısıldayan qu (Cygnus olor), kiçik qu (Cygnus bewickii), çöl qartalı (Aquila rapax), məzar qartalı (Aquila heliaca), bərqut (Aquila chrysaetos), ağquyruq sahilqartalı (Haliaeetus albicilla), ütəlgi qızılquş (Falco cherrug), adi qızılquş (Falco peregrinus), bozqır muymulu qızılquş (Falco naumanni), çığırqan çökükburun (Chettusia gregaria), qaraqarın bağrıqara (Pterocles orientalis), aralıq dənizi tısbağası (Testudo graeca), girdəbaş yovsanlıq kərtənkələsi (Phrynocephalus helioscopus), dəniz sıfı (Lucioperca marina), poru (Abramis sapa bergi), fərat capağanı (Megacephalus euphratica), kəlləşəkilli haf (Manduca atropos), oleander hafi (Daphnis nerii) və s.
Geoloji təbiət abidələri. Palçıq vulkanlarından qızmar maqma əvəzinə brekçiya - sərin lilli kütlə qarışığı axır. Vulkan palçığı mikroelementlərlə zəngindir. O, təbabətdə və kosmetologiyada istifadə edilir. Yer kürəsindəki 800-dən çox palçıq vulkanlarının 400-ə qədəri və ən gözəlləri Azərbaycanda yerləşir. Onların bir qismi hündürlüyü 1000 m-ə çatan dağları (Torağay, Güzdəkbozdağ), Otmanbozdağı, Kənizədağ, Ayrantökon və s.), bir qismi xırda gölməçələr toplusunu (Damlamaca), bir qismi gölü (Zığ), bir qismi Mars səthini (Daşgil, Qobu Bozdaği, Güzdək Bozdağı) xatırladır. Bəzi palçıq vulkanıarı su səthindən çıxan adalar (Xərə-zirə, Çigil, Qarasu. Səngi-Muğan, Gil və s.), bəziləri isə sualtı saylar (Səbayil, Yanan Tava, Atəşgah sayları və s.) yaradır. Alovunun hündürlüyü 100 m-ə çatan, partlayışla müşayiət olunan güclü püskürmələr zamanı yüz milyonlarla kub metr həcmə malik brekçiya 100-200 m qalınlıqda yüz hektarlarla sahəni tutur. Güzdək Bozdağının püskürməsi zamanı (1953) alovun şüaları 10 km məsafədən görünmüşdür. Lökbatan palçıq vulkanının püskürməsi zamanı (1867) alovun hündürlüyü 500 m-ə çatmışdır. Alovun parlaqlığı o qədər yüksək olmuşdur ki, 60-70 km məsafədə gecə vaxtı sərbəst qəzet oxumaq olurmuş. Abşeron yarımadası və arxipelağı ərazilərində 44 palçıq vulkanı yerləşir.
Böyük Qafqaz Sıra Dağları məhz Abşeron yarımadasında Yasamal dağları, Yasamal vadisində bitir. Bura özünəməxsus dağ sisteminə malikdir. Onların adları öz xarakterlərinə çox uyğundur: Qovundağ, İlxıdağ, Ağburun, Kərkəs, Qaraquş, Dəvəboynu, Qoturdağ, Qaraqışlaq və s. Onlardan bəziləri (Bakı Qulağı, Bakı Mərtəbəsi) dövlət əhəmiyyətli abidələr sirasına daxil edilmişdir. Yarımadada 30-a yaxın göl mövcuddur. Buradakı Yanardağ, Masazır duz gölü, neft bulaqları unikal geoloji abidələrdəndir.

Paleontoloji təbiət abidələri. Azərbaycanın iki paleontoloji abidəsi Abşeron ərazisində yerləşir. Bunlar “Binəqədi Dördüncü Dövr fauna və flora ərazisi” (180 min il əvvəl) və “Pirəkəşkül Üçüncü Dövr Faunası” (30 mln. il əvvəl). Binəqədi qır gölündən toplanan 43 məməli, 110 quş, 2 sürünən, 107 böcək növü öyrənilmişdir. Bunlar Binəqədi kərgədanı (Rhinoceros binagadensis), binəqədi canavarı (Canis lupus cheronicus), binəqədi qonur ayısı (Ursus arctos binagadensis), binəqədi maralı (Cervus elaphus binagadensis), mağara kaftarı (Hyaena cracuta spelaea), fil, hepard, binəqədi sayğası (Sauga binagadensis) və s. canlıların daşlaşmış qalıqlarıdır. “Pirəkəşkül Faunası” Üçüncü Dövr çöküntülərində daşlaşmış onurğalıların nadir qazıntı kompleksindən ibarətdir. Bu heyvanlar 30 mln. il əvvəl qədim Tetis dəniz sisteminə daxil olan Maykop dənizində yaşamışlar. Bu dəniz təxminən indiki Aralıq dənizi ilə Aral dənizi hövzəsini əhatə edirdi. "Pirəkəşkül Faunası” dəniz məməlilərindən, sürünənlərdən, balıq və quşlardan ibarətdir. Buradan qədim canlıların - qədim balina, dişli və dişsiz balina, iri dəniz tısbağaları və digər nəsli kəsilmiş dişli quşların fossilləri tapılmışdır.
Abşeronun mədəni tarixi onun təbiəti kimi zəngin və rəngarəngdir. Burada müxtəlif dövrlərə aid arxeoloji abidələr, qaya təsvirləri, kurqanlar, yaşayış yerlərinin qalıqları, qəbiristanlıqlar mövcuddur. M.ə. III minilliyə aid Ümidqaya abidəsi, Dəmir Dövrünə aid yaşayış yerləri, qayalarda Tunc Dövrünə (m.ə. III-II minilliklər) aid petroqliflər, insan və heyvan rəsmləri, daş alətlər insanlann burada çox qədim dövrlərdən məskunlaşdığını, əkinçilik, maldarlıq, toxuculuqla məşğul olduğunu göstərir.
Azərbaycan hələ çox qədim dövrlərdən mühüm geosiyasi və geostrateji əhəmiyyətə malik olmuşdur. Müxtəlif dövrlərdə qədim İran, Roma, Bizans İmperiyaları, Ərəb Xilafəti, Osmanlı və Rusiya İmperiyaları kimi öz dövrlərinin fövqəldövlətlərinin maraq meydanına çevrilmişdir. Abşeronun Qobustan ərazisindən üzərində latın dilində yazılmış kitabədə deyilir ki, imperator Domisian Sezar Avqust Germanlının dövrü (m.ə. 84-96) Lütsi Yuli Maksimin XII ildırım sürətli legionu buradan keçmişdir (İMP DOMITIANO CAESARE AVG GERMANCO LVCIVS IVLIVS MAXIMVS LEGIONIS X II FVL). Qobustan kitabəsi miladın I-III əsrlərində dünyanın geosiyası vəziyyətinin bir relikt ekspozisiyasıdır.
Bu kompaniyanın imperator Domisian tərəfindən müttəfiq İberiya və Qafqaz Albaniyasına yardm etmək, xüsusilə Qafqaz Albaniyasının şimal sərhədlərini (Dərbənd Səddi) möhkəmləndirmək məqsədi ilə həyata keçiriIdiyi hesab edilir. Legion (XII Fulminata) əsas dislokasiya yeri olan Melitena və ya Kappadokiyadan start götürüb Araz çayı boyu irəliləyərək 75-ci ildə Qafqaza gəlmişdir. Bu legion Roma İmperiyasının şərqə doğru ən uzaq məsafəyə irəlilədiyi legiondur. Digər versiyaya görə senturion Qafqaz Albaniyasına müəyyən diplomatik missiya çərçivəsində gəlmişdir. Çünki roma sərkərdələri yalnız şərq hökmdarları ilə danışıqlar zamanı senturionlardan istifadə edirdilər.
Abşeron həmçinin dini inancların həm mərkəzi, həm də qovşağı olmuşdur. Abşeron ərazisi zərdüştiliyin əsas dini mərkəzlərindən olmuş (Atəşgah, Pirallahı), müqəddəs od burada yerli kahinlər (maqlar, muğlar) tərəfindən xüsusi otaqlarda (daxma) qorunmuş, ərazinin müxtəlif yerlərinə aparılmışdır.
Xristian kilsə mənbələrinə görə 12 həvaridən dördü - Andrey, Matfey, Varfolomey, İuda Faddey, 70 həvaridən biri - Faddey Cənubu Qafqaza incil təfsirlərini yaymaq məqsədi ilə gəlmişlər. Onlardan üçü indiki Azərbaycan ərazisində, o cümlədən birisi - həvari Varfolomey (Nafanail) - Abşeronda xristianlığı yaymışlar. Apokrifik mənbələrə görə Varfolomey missioner moizələri (Acta Thomae) əraziləri püşklə müəyyənləşdirilən II həvaridən biri olmuşdur. Varfolomeyin payına Kiçik Asiya, Mesopotamiya, Parfiya, Albaniya və Hindistan düşmüşdür. Kilsə rəvayətlərinə görə o, incili Hindistanda yaydıqdan sonra Qafqaz Albaniyasının Sünik vilayətinə gəlmişdir. Qədim kilsəsəlnaməçiləri (müqəddəs Safroniy Kiprli) bu barədə belə yazır: ‘'Gürcüstana həvarilər Andrey və Simon Kananit gəldi. Onlar İsa dinini İmereti, Kolxidada, həvari Varfolomey isə Albaniyada yaydı". Həvari Varfolomeyin şəhidliyini mənbələr belə qeyd edir: “... bütpərəst kahinlər müqəddəs həvariyə nifrət edirdilər. Çünki onların tanrıları məhv olur, bütlərə sitayiş itirdi. Onda kahinlər Varfolomeyi məhv etmək, ondan öz tanrılarının incikliyinin qisasını almaq qərarına gəldilər, bu barədə öz çarlarının icazəsini aldılar. Onlar müqəddəs həvarini tutub Albanopol şəhərində başı aşağı şəkildə çarmıxa çəkdilər”. Müqəddəs xristian kitablarında bu yer Bakı ilə eyniləşdirilir. Yerli kilsə rəvayətlərinə görə həvari Varfolomeyin şəhid olduğu yer Qız Qalasının cənub hissəsində "İçəri Şəhər’' ərazisinə düşür. Əsasən kahin maqlardan ibarət olan Albanopol Albaniyanın dini mərkəzlərindən biri olmuşdur. Tarixi qaynaqlara görə bütpərəst Arta məbədinin özülləri üzərində alban kilsəsi olmuşdur. XIX əsrin əvvəllərində alban məbədinin xarabalıqları üzərində Rus Pravoslav (ortodoksal) Kilsəsi müqəddəs həvarinin şərəfinə kilsə inşa etmişdir. Kilsə 1936-ci ildə ateist təbliğatının qurbanı olmuşdur.
Abşeron yarımadasında İslam dininin qurucusu Məhəmməd Peyğəmbərin yaxın əqrəbalarının müqəddəs məzarları yerləşir. Bımlar yeddinci imam Musa əl-Kazmın qızları və səkkizinci imam Musa ər-Rizanın bacıları Hükeymə (Həkimə) xanım və Rəhimə xanımın əqbərələridir. Bir rəvayətə görə Hükeymə xanım (Bibi) xəstələnib, öz yaxın adamları və nökərləri (Heybət) ilə IX əsrdə həmin ərazidə axan müalicəvi suya görə bura gəlmişdir. Sonralar Xanım vəfat etdikdə onu burada dəfn edən əshabələr burada kənd (Şix) salmışlar. Sonralar Bibiheybət məqbərəsinin vəqfinə ‘‘əmlak və sərvəti ilə'’ Zığ kəndi, üç neft quyusu, "bəzi torpaqlar”, Badamdar adlanan yer, qoyun sürüləri və s. verilmişdir. Bu vəqflərə nəzarət edən mütəvəllilər haqqında və vəqfin əmlakına dair bir çox sənədlər - I Şah Təhmasibin (1577), Sultan III Muradın (1590), I Şah Abbasın (1607), II Şah Abbasın (l650), Şah Süleymanın (1667), Əhməd xanın (Fətəli xanın oğlu) (1790), Bakı qəzası məhkəməsinin (1845) tarixli fərman və qərarları mövcuddur.
Abşeron rayonu ərazisində, o cümlədən Bakıda (İçəri Şəhər) bir sıra unikal arxitekturaya malik qədim məscidlər mövcuddur. Azərbaycanın 18 xanlığının biri (Bakı Xanlığı) Abşeron yarımadası ərazisini əhatə edirdi. XVIII əsrin qırxıncı illərində yaranmış bu feodal dövlətə 39 kənd daxil idi. Xanlıqdakı 100-ə qədər neft quyularından ildə 240 min puddan (1 pud = 16.38 kq) çox neft çıxarılırdı. Xanlığın mərkəzi olan Bakıda pul kəsilirdi. Bakının ilk xanı I Mirzə Məhəmməd (1747-1768) olmuşdur.