Xızı rayonu print

Müasir Xızı rayonu 1930-cu ildə yaradılmışdır. O, şimaldan Siyəzən və Quba, şərqdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonları ilə həmsərhəddir. Əsasən, Xızı yaylasında yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər sularına çıxır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km məsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Əsas dağları Dübrar (2205 m ), Kəmçi (1026), Şərəkü (958), Bəybəyim (935), Şixandağ (801 m) və Böyük Siyaku (786) dağlandır.
Əsas çayları Ataçay, Cəngiçay, Kənda. Tuğçay, Dizavarçay, Kerban və Qarabulaq çaylarıdır. Ərazidə Altıağac Milli Parkı və Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi mövcuddur. Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar (dağlılar) təşkil edir. Əvvəllər kiçik bir kəndi təmsil edən “xızı” sözünün etimologiyası haqqında müxləlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasanilər İmperiyasından qaldığını güman edirlər. Belə ki, imperiyanın rəsmi dini olan zərdüştiliyi imperiyanın şimal ərazilərində yaymaq, xristianlıqla mübarizə aparmaq və şimal sərhədlərini hun, peçeneq və xəzər tayfalarından qorumaq üçün erkən orta əsrlərdə (III–VI əsrlər) buraya irandilli tayfalar köçürülürdü. Bu proses Şirvanşahların Səfəvilər tərəfindən məğlub edildikdən sonra daha da gücləndi. Buraya köçürülən tayfalar, əsasən, Xuzistan əyalətindən olmuşdur. Ad tədricən transformasiyaya məruz qalaraq dövrümüzə Xızı şəklində gəlib çatmışdır.

Rayonun ikinci böyük yaşayış məntəqəsi Ataçayın sahilində yerləşən çox mənzərəli bir landşafta malik olan Altıağacdır. Ərazinin adı Şirvanşahlar Dövlətinin paytaxtı olan Şamaxıdan 42 km - “altı ağaclıq" məsafədə yerləşməsindən qaynaqlanır (1 ağac 7 km-ə bərabərdir).
Dünyanın çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Evliya Çələbi (16ll-1685) on cildlik "Səyahətnamə”sində bu haqda belə yazır: şimal səmtə doğru altı ağac yol gedərək Altıağac mənzilinə gəldik. Əcəmlər (bu yerə) “şeş derəxət'' deyirlər. Səfalı bir çəmənlikdə böyük bir karvansara vardır. Kəndi viranədir. Bu yer Dəmirqapı sərhədində miskər nahiyəsinə tabedir". Müasir Xızıdan 2 km cənubda Kerban çayı sahilində qala divarlarının qalıqları mövcuddur. Qalanın monqol işğalı zamanı dağıldığı ehtımal olunur. Görünür monqol işğalından sarsılan ərazi uzun müddət özünə gələ bilməmişdir.

Landşaftları və  bioloji müxtəlifliyi.  Xızı rayonu Azərbaycanın iri meşlik ərazilərə malik olduğu rayonlardandır (9931 ha, 6% ). Ərazi həddən artıq bioçeşidlik, landşafı və ekosistem müxtəlifliyinə malikdir. Ərazidə meşə, meşə-çöl, bozqır (çöl), bozdağlar, bozqır dağlar, subalp, alp ekosistemləri mövcuddur. Meşə dendroflorası, əsasən, iberiya palıdı (Quercus iberica), şərq palıdı (Q.macranthera), şərq vələsi (Carpinus orientalis), şərq fıstığı (Fagus orientalis), adi göyrüş (Fraxinus ecselsior), qarağac (Ulmu sp.), armud (Pyrus sp.), gözəl ağcaqayın (Acer laetum), ardıc (Juniperus sp.), doqquzdon (Lonicera sp.), birgöz (Ligustrum vulgare) kimi ağac-kollardan ibarətdir. Dağətəyi seyrək meşəliklərdə söyüdyarpaq armud (Pyrus salicifolia), yemişan (Crataegus sp.), qaratikan (Paliurus spina-christi), dovşanalması (Cotoneaster sp.), ölməzkol (Pyrocantha coccinea), adi zirinc (Berberis vulgaris), itburnu (Rosa sp.) kimi ağac-kol növləri bitir. Çay kənarları adi nar (Punica granatum), pallas murdarçası (Rhamnus pallasii), yulğun (Tamarix sp.), çaytikanı (Hippophae rhamnoides) və rus itüzümü (Lucium ruthenicum) kollarından ibarətdir. Burada tək-tək qara əncirə (Ficus carica), çox nadir, endem və nəsli kəsilməkdə olan növ fərat qovağının (Populus euphratica) bir neçə nüsxəsi qalmışdır. Ərazinin faunası da çox zəngindir. Məməlilərdən avropa cüyürü (Capreolus capreolus), qonur ayı (Ursus arctos), qaban (Sus scrofa), adi vaşaq (Lynx lynx), yenot (Procyon loıor), boz dovşan (Lepus europaeus), tülkü (Vulpes vulpes), daşhq dələsi (Martes foina ), canavar (Canis lupus), quşlardan adi qırqovul (Phasianus colchicus), alabaxta (Columba palumbus), bildirçin (Coturnix coturnix), keçisağan (Caprimulgus europaeus), çöl qartalı (Aquila nipalensis), boz kəklik (Perdix perdix), qaratoyuq (Turdus merula) kimi növlərə rast gəlinir.

Tıxlı kəndi yaxınlığındakı keçmiş Şıxlar kənd qəbiristanlığında yerləşən türbə - ziyarətgah, 300-500 yaşlı qəbirlər mövcuddur. Bu türbənin Şeyx Heydər türbəsi (XV əsr) olduğu ehtimalı vardır. Bəzi mənbələrə görə Şeyx Heydər türbəsinin Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarıdır. Şeyx Heydər Şirvanşah Fərrux Yasar ilə Təbərsaran döyüşündə (1488) həlak olmuş və burada müqəddəs Beş-barmaq dağı ilə üzbəüz ərazidə dəfn olunm uşdur. Sonralar Şirvanşahlar dövlətini məğlub edən I İsmayıl Səfəvi atasının qəbri üzərində türbə tikdirmiş, orada Şıxlar kəndini saldırmış, məqbərəni müqəddəs ziyarətgah elan etmişdir.