Ağsu rayonu print

Ağsu rayonu 1943-cü ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək Kürdəmir rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon statusu almışdır.

Relyefi. Rayonun relyefi şimalda və şimal-şərqdə Niyaldağ, Hinqar, Ləngəbiz silsiləsindən ibarət olub dağlıqdır. Cənub əraziləri Şirvan düzü ilə hüdudlanaraq ovalıq ərazilərdir. Ərazinin mərkəzi hissəsindən Ağsuçay, qərbindən isə Girdimançay axır. Ağsu şəhəri Ağsuçayın hər iki sahilində, Şirvan düzünün şimal-şərq qurtaracağında, Hinqar silsiləsinin ətəyində yerləşir. Rayonun dağlıq və dağətəyi yerlərində karbonatlı qəhvəyi dağ-meşə, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır. Düzən hissə açıq şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir.

Geoloji quruluşu. Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlik yerlərində isə Antropogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzləri. Ağsu (mənbəyin hündürlüyü 2100 m), Girdiman (mənbəyin hündürlüyü 2900 m).

Landşaftları və bioloji müxtəlifliyi. Ərazi yarımsəhra, quru bozqır, kolluq və dağ meşə landşaftlarından ibarətdir. İqlimi düzənlik hissədə mülayim isti və quru-subtropikdir. Dağlıq ərazibrdə yay bir qədər sərin, qış isə nisbətən soyuq və quraq keçir. Düzənlik ərazilərdə, əsasən, yovşanlı və yovşanlı-şorangəli yanmsəhra bitkiləri yayılmışdır. Şahdağ Milli Parkıının bir hissəsi (keçmiş Pirqulu Dövlət Təbiət Qoruğu) Ağsu rayonu ərazisinə düşür. Dilman şəlaləsi (Dilman kəndi) və Ağsu aşırımı çox gözol geoloji-Iandşaft xarakterli təbiət abidələrindəndir.

Flora. Dendroflorası, əsasən, qafqaz vələsi (Carpinus caucasica), şərq fıstığı (Fagus orientalis), iberiya palıdı (Quercus iberica) və şərq palıdından (Quercus macranthera) ibarotdir. Meşələrdə, həmçinin, adi göyrüş (Fraxinus exselsior), çöl ağcaqayını (Acer campestre), çinaryarpaq ağcaqayın (Acer platanoides), qarağaclar (Ulmus carpinifolia, U.minor), qaraçöhrə (Taxus baccata), tozağacı (Betula sp.), söyüd (Salix sp.), şərq alması (Malus orientalis), qafqaz armudu (Pyrus caucasica), çaytikanı (Hippophae rhamnoides), əzgil (Mespilus germanica), quşarmudu (Sorbus sp.), itburnu (Rosa sp.), müxtəlif yemişan növləri, alça (Prunus divaricata), sumax (Rhus coriaria), sarağan (Cotinus .sp.), zirinc (Berberis sp.) və s. ağac-kollar vardır.

Fauna. Cücüyeyəniərdən qafqaz uzunquyruq ağdişi (Crocidura gueldenstaedti), kirpi (Erinaceus concolor), köstəbəyə (Talpa levantis) rast gəlinir. Yarasalar nalburun (Rhinolophus blasii), itiqulaq şəbpərə (Myotis blythi), dağ gönlücəsi (Eptesicus serotinus) və s. növlərlə təmsil olunmuşdur. Ərazidə gəmiricilərin meşə süleysini (Dryomys nitedula), süleysin (Glis glis), sarıboğaz siçan (Apodemus filvicollis) və s. növləri yayılmışdır. Yırtıcılardan canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), meşə pişiyi (Felis silvestris), qonur ayı (Ursus arctos), gəlincik (Mustela nivalis), porsuq (Meles meles) və s. növlər təsvir edilmişdir. Sürünənlərdən qafqaz kələzi (Laudakia caucasica), Levant (Macrovipera lebetina), müxtəlif kərtənkələlər, koramal vardır. Quşlardan qafqaz şahini (Falco pereegrinus caucasicus), qırqovul (Phasianus colchicus), qaratoyuq (Turdus merula), bildirçin (Coturnix coturnix), kəklik (Perdix perdix) və göyərçinə (Columba livia) rast gəlinir.

Tarixi. 1734-cü ildə Əfşar İmperiyasının hökmdarı Nadir şah Şamaxıya doğru hərəkət edir. Şəhər 2 ay müqavimət göstərir. Bundan qəzəblənən şah şəhəri dağıtdıqdan sonra onun köçürülməsi əmrini verir. Nəticədə 1735-ci ilin may ayında Şamaxı şəhərindən 4 ağaclıq (37 km) məsafədə yeni şəhərin əsası qoyulur. Ağsu Şirvan hakimlərinin iqamətgahı olur. Ağsu şəhəri 1735-1806-cı illərdə Şirvanın baş şəhəri olmuşdur. Şəhərin adı Ağsuçayı ilə bağlıdır.

Əhalisi. Əhalinin 99%-i azərbaycanlılar, 1%-i ləzgilər, türklər və s. xalqlardan ibarətdir.
Arxeoloji abidələri. Qrlar kəndində Qırlıqtəpə eneolit-antik dövr abidələri (m.ə. V-IV minilliklər). Nüydü kəndi yaxınlığında m.ə. III-I əsrlərə aid Nüydü antik dövr yaşayış yeri və nekropolu. Nuran kəndi yaxınlığında m.ə. I minilliyə aid Qaraçıbulaq antik dövr abidələri. Sanqalan kəndi yaxınlığında m.ə. III-I əsrlərə aid Uzunboylar antik dövr abidəsi.
Tarixi-mədəni abidələr. Ağsu şəhəri qəbiristanlığında Şeyx Dursuntürbəsi (1382-ci il).Bəyimli kəndi yaxınlığında orta əsrlərə aid Bəyimli qalası. Gürcüvan kəndi yaxınlığında orta əsrlərə aid Qız Qalası. Padar kəndi ərazisində, Girdimançayın sol sahilində “Xəzinədağı” qalası. Mustafalı kəndində Şeyx Əmir Əhməd türbəsi (1722). Ərəbmehdibəy kəndində Həzrə piri. Padar – Külüllü kəndlərinin arasında Bilal Əfəndi məscidi (1889). Qaraqoyunlu kəndi yaxınlığında Ağ gümbəz. Ağsu şəhərinin yaxınlığında Xarabaşəhər orta əsr şəhərinin qalıqları. Dördkünc və dairəvi bürcləri olan qala divarları ilə əhatə edilmişdir.