Dağlıq Şirvan iqtisadi - coğrafi bölgəsi print

Böyük Qafqazın cənub yamacı zonası Girdimançay dərəsindən şərqə xeyli genişlənərək Şamaxı-Qobuslan sahəsini əmələ gətirir. Ərazinin qərb hissəsində Tabaşir, Paleogen, Neogen, şərq hissəsində isə Neogenin qalın çökmə süxur kompleksləri yayılmışdır, Şamaxı-Qobustan alçaq dağlığının əsas elementləri qərbdə (Girdmançaydan Mərəzəyə qədər) geniş yaylalar (Gürcüvan, Şamaxı, Mərəzə yaylaları) və alçaq tirələrdir. Şamaxı yaylasından şimalda geniş və terraslı çay dərələri ilə kəsilmiş Qızmeydan yaylası (1000-1400 m) yerləşir. Şərqdə Qobustan tirələridir (Qayıblar, Şayıblar, Atyol, Böyük Siyəki, Bayanata və s.). Burada dairəvi formalı platolar (Kiçeli, Donuzluq, Böyükdaş və s.), çökəkliklər (Ceyrankeçməz, Pirsaat, Qaraibad və s.) və çoxsaylı palçıq vulkan dağları yerləşir. Şamaxı yaylası qərbdə Girdimandan şərqdə Gicəki yaylasına qədər uzanır. Şimalda Meysəri tirəsi, Sündü-Qurbançı yaylası ilə, cənubda isə Ləngəbiz tirəsi ilə əhatələnir. Bu ərazidə palçıq vulkanları geniş yayılmışdır.
Düzənliklər geniş ərazi tutur. Dağətəyi və orta dağlıq qurşaq, əsasən, İsmayıllı rayonunun çox hissəsini, Ağsu və Şamaxı rayonlarını və Qobustan rayonunun əsas şimal və şimal-qərb zonalarını əhatə edir.
Yüksək dağlıq qurşaq rayonda, əsasən, İsmayıllı rayonunun şimal hissələrini tutur. Rayonun ən yüksək zirvəsi hündüriüyü 3629 m olan Babadağdır. Rayon mineral sularla zəngindir. Bunlardan Zərgəran, Çağan, Qəleybuğurt, Çuxuryurd suları daha məşhurdur.
İqlim və aqroiqlim ehtiyatları. Rayon ərazisində yanmsəhra və quru çöl iqlimi (Qobustan), yayı quraq keçən mülayim isti iqlim (Gürcüvan - Şamaxı - Mərəzə yaylası), qışı quraq keçən mülayim isti iqlim (Böyük Qafqaz dağlarının şimal-şərq yamaclarında yüksəkliyi 1000-1200 m qədər olan sahələr), yağıntıları bütün fəsillər üzrə bərabər paylanan mülayim isti iqlim (İsmayıllı rayonunun şimal və Şamaxı rayonunun şimal qərbi), dağ tundra iqlimi (yüksəkliyi 3000 m-dən artıq olan Babadağ zirvəsi zonasında) mövcuddur.