Zaqatala rayonu print

Rayon Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Balakən və Qax rayonları ilə həmsərhəddir.

Relyefi və geoloji quruluşu. Rayon ərazisi relyefinə görə dağlıq və düzənlik zonalarına bölünür. Rayonun şimal ərazilərini əhatə edən dağlıq zona yüksək, orta və alçaq dağlıq qurşaqlardan ibarətdir. Yüksək dağlıq qurşaq kəskin parçalanmış sərt relyefə malikdir. Burada qədim buzlaq relyef formaları (troqvari dərələr, karlar) geniş yayılmışdır. Suayrıcı silsilələrdə Qudurdağ , Samalit və Dindidağ aşırımları vardır. Orta və alçaq dağlıq qurşaqlar, əsasən, meşə altındadır. Ərazi yüksək seysmikliyə malikdir. Ərazini təşkil edən Yura və Tabaşir Dövrlərinin süxurları tektonik dərin qırılmalar və yarılmalarla kəsilərək bir-birinin üstünə aşırılmışdır. Bu qırılmalar və yarılmalar boyu vaxtaşırı yerdəyişmə prosesləri gedir. Dağlıq ərazilərdə hazırda da qalxma gedir. Yüksək dağ qurşaqda müasir qalxmanın sürəti ild ə 8-10 mm, alçaq dağlıq qurşaqda isə 4-6 mm-ə çatır.
Cənub hissədə yerləşən Qanıx-Həftəran vadisi cavan çöküntülərdən, Dördüncü Dövrün çay gətirmələrindən ibarətdir. Qalın torpaq qatı altında yatan bu çöküntülər zəngin şirin su ehtiyatlarına malikdir. Bu ərazilərin səthi sıx, dayaz çay dərələri və qobularla kəsilmişdir. Cənuba getdikcə düzənlik yastılaşır. Əsasən, allüvial-çəmən, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır.

Su hövzələri. Əsas çayları Katex (54 km), Tala (40 km), Muxax (56 km), Qanıx (351 km) çaylarıdır. Dar dərə və kanyonlarla axan bu çaylar gözəl mənzərəli landşaftlar yaradır. Rayonda bir sıra isti (Cimcimax) və soyuq (Qımır, Əliabad) mineral bulaqlar vardır.

Tarixi. 1860-cı ildə yaradılan, tərkibinə Əliabad, Qax, Car-Muxax, Balakən məntəqələri daxil olan və heç bir quberniyaya daxil olmayan Zaqatala Dairəsi müstəqil horbiinzibali ərazi vahidi olmuşdur. 0, hərbi rəis tərəfindən idarə edilirdi. Zaqatala quberniyası Azərbaycanın 4 əsas quberniyalarından biri idi. Azərbaycan Demokratik Dövləti dövründə yaradılan Zaqatala Quberniyası 1920-ci ildə Zaqatala Qəzası şəklində fəaliyyət göstərmişdir. O, 1929-cu ildə ləğv edilmiiş, 1930-cu ildə Zaqatala rayonu yaradılmışdır.

Əhalisi. Rayonda iyirmidən artıq millət və xalqın nümayəndələri - azərbaycanlılar, ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər v ə s. yaşayır.

Landşaftları və bioloji müxtəlifliyi. Rayonun cənub hissəsindəki Qanıx-Həfləran vadisində düzən meşələrinin qalıqlarına rast gəlinir. Bu meşələrin əsas ağacları, əsasən, uzunsaplaq palıd (Q.longipes), qızılağac (Alnus sp.), qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ağyarpaq qovaqdan (Popylus hybrida) ibarətdir. Aşağı dağ-meşə qurşağı (600-1100 m) iberiya palıdının (Quercus iberica) üstünlük təşkil etdiyi meşələrdir. Ona dağ-meşə qurşağında (1100-1800 m) fıstıq (Fagus orientalis) və vələs meşələri (Carpinus caucasica) yayılmışdır. Fıstıq meşələrində qafqaz vələsi, qarağac (Ulmus glabra), çinaryarpaq ağcaqayın (Acer platanoides), qafqaz cökəsi (Tilia caucasica), albalı (Cerasus sp.), adi göyrüş (Fraxinus exelsior), ağrıovunduran quşarmudu (Sorbus torminalis) kimi ağac-kol növlərinə rast gəlinir. Yuxarı dağ-meşə qurşağında (1800-2200 m) şərq palıdı (Quercus macranthera), trautvetter ağcaqayını (Acer trautteveri) və tozağacından (Betula sp.) ibarət qarışıq meşələr yayılmışdır. Zaqatala Dövlət Qoruğunun bir hissəsi bu rayonun ərazisinə düşür.
Bu qoruq Azərbaycanın ən qocaman (1929) və zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilarindən biridir. Burada Üçüncü Dövrə aid rütubətli hirkan meşə elementləri qorunur. Bunlar sarı rododendron (Rhododendron luteum), dənnan dəfnəgilənarı (Laurocerasus officinalis), qafqaz qaragiləsi (Vaccinium arctostaphylos), giləmeyvəli qaraçöhrə (Taxus baccata), nəhəng ağcaqayın (Acer velutinum), dəvəquşulələyi qıjısıdır (Matteuccia struthiopteris).
Ərazidə 816 damarlı bitki təsvir edilmişdir. Bunlar, əsasən, mürəkkəbçiçəklilər (Compositae), paxlalılar (Fabaceae), taxıllar (Graminae), gülçiçəklilər (Rosaceae), qərənfil (Caryophyllales), dodaqçiçəklilər (Labiateae), qaymaqçiçəklilər (Ranunculaceae) fəsiləsinə aid bitkilərdir. Ərazidə rast gəlinən qaraçöhrə (T.baccata), ayı fındığı (Colyrus colurna), qanadmeyvə yalanqoz (P.pterocarpa), qafqaz xurması (Diospyros lotus), pastuxov daşsarmaşığı (Hedera pastuchovii), mlokoseviç pionu (Paeonia mlokosewitschii), laqodex acıçıçəyi (Gentiana lagodechiana) “Azərbaycanın Qırmızı Kiiabı"na salınmışdır.
Qoruq ərazisində 1700-2200 m yüksəkliklərdə 328 ha sahədə unikal ağcaqayın meşələri yayılmışdır. Trautvetter ağcaqayınına (Acer trautvetteri) aid olan bu ağacların orta yaşı 100 ildir.
Meşələrin yuxarı sərhədində 64 ha sahədə tozağacı meşələrinə rast gəlinir. Litvinov tozağacından (Betula litwinowii) ibarət olan bu meşəliklər şimal ekspozisiyasınm daşlı sərt yamaclarında yayılmışdır. Bu yüksəkliklərdə diametri 2 m, hündürlüyü 30-35 m-ə çatan nəhəng prilipko cökələrinə (Tilia prilipkoana) rast gəlinir. Ərazinin iynəyarpaqhlan giləmeyvəli qaraçöhrə, ardıc növlərindən ibarətdir. Burada 900 - 1000 yaşlı qaraçöhrə ağaclanna rast gəiinir. Subalp kol bitkiləri rododendron (Rhodendron sp.), ardıc (Juniperus sp.) və quşarmudu (Sorbus sp.) pöhrəlikləri ilə təmsil olunur. Nadir növ olan rhododendron (xanıməli) 2000 -2500 m yüksəkliklərin sərt yamaclarında rast gəlinir. Qafqaz qaragiləsini isə nadir növ olan canavargiləsi (Daphne glomerata) və həmişəyaşıl şümrək (Empetrum androginum) müşayiət edirlər.
Subalp çəmənliyi zonasında (2000-2600 m), əsasən, taxıllar (Nardus stricta, Phleum alpinum, Poa alpina, Astragalus varius) paxlalılar(Trifolium dubium, Trifolium canescens) fəsilələrinə və müxtəlif ot bitkilərinə (Trollius patulus, Centaurea Fischeri, Carlina vulgaris, Polygonum alpinum) aid subalp bitki qrupları yayılmışdır.
Alp çəmənliyi qurşağı 2200-3000 m yüksəkliyi əhatə edir. Buralarda alp çəmənləri və alp xalıları yayılmışdır. Çəmənliyin fonu taxıl bitkiləri: ağbığ (Nardus stricta, lopal (Festuca ovina), alp qırtıcı (Poa alpina) və işıqotu (Luzula pseudosudetica), birəotu (Chamaemelum), yalançı yonca (Trifolium dubium), cildən (Carex tristis) ibarətdir.
Alp xalısı ərazidə ləkələr şəklində paylanaraq nisbətən sadə floristik tərkibə malik olur: qafqaz şaxduranı (Alchemilia alpina), zəngçiçəyi (Campanula tridentata), alp pişikquyruğu (Phleum alpinum), kolpodium (Colpodium versicolor), cinotu (Minuartia aizoides).
Subnival sahələrdə (3000-3600 m) qaya və mamır, şibyə, göbələklər və tək-lək dağ-tundra bitkilərinə rast gəlinir. Bu bitkilər 15 növdən çoxdur. Onların içərisində çoxçiçəkli dəlicincilim (Cerastium multifiorum), ardıcyarpaq daşdələn (Saxifraga juniperifolia) və s. qafqaz endemləri vardır.

Fauna. Dağ çaylarında forel balığına - dağçayı qızılxallısına (Salmo trutta fario) rast gəlinir. Suda-quruda yaşayanlardan daraqlı triton (Triturus carelini), qafqaz xaçlıcası (Pelodytes caucasicus), yaşıl və qafqaz quru qurbağası (Pseudopidalea variabilis, Bufo verrucosissimus), adi ağacqurbağası (Hyla arborea), göl qurbağası (Pelophylax ridibundus), kiçik asiya qurbağasına rast gəlinir. Sürünənlər faunası da kifayət qədər zəngindir: Levant irigürzəsi (Macrovipera lebetina), cılız koramal (Anguis fragilis). Ərazidə 5 növ kərtənkələ yaşayır: çəmən kərtənkələsi, qafqaz qayalıq kərtənkələsi, zolaqlı kərtənkələ.
Ərazidə 100-dən çox quş növü vardır. Meşəlik ərazilərdəki quşlar, əsasən, sar (Buteo buteo), qara, yaşılağacdələn (Dryocopus martius, Picus viridis), meşə bayquşcuğu (Otus scops), adi quququşu (Streptopelia turtur), meşə haçaqanadıdır (Buteo vulpinus). Subalp qurşaqda qafqaz tetrası (Lyrurus mlokosiewiczi), bozqır çəkçəkisi (Saxicola ruberta), muymulu qızılquş (Falco tinnunculus), ağbaş kərkəs (Gyps fulvus) və s. quşlara rast gəlinir.
Alp qurşağına qafqaz uları (Tetraogallus caucasicus), dağqarğası (Pyrrhocorax pyrrhocorax), alp çərənçisi (Prunella collaris) xarakterikdir. Quzugötürən (Gypaetus barbatus), berkut (Aquila chrysaetos), adi qızılquş (Falco peregrinus), avropa qırğısı (Accipiter brevipes), qafqaz tetrası (Lyrurus mlokosiewiczi), qafqaz uları (Tetraogallus caucasicus) ərazinin nadir quşlarıdır.

Məməlilər faunası 50-ə yaxın növdən ibarətdir. Burada cücüyeyənlər (Insectivora) dəstəsi ağdöş kirpi (Erinaceus concolor), xırda köstəbək (Talpa levantis), qonurdiş (Sorex araneus), şelkovnikov su kutorundan (Neomys schelkovnikovi) ibarətdir. Gəmiricilər (Rodentia) dəstəsindən İran sincabı (Sciurus anomalus), süleysin (Glis glis), kiçik meşə siçanlarına (Sylvaemus sp .) rast gəlinir. Rayon ərazisind ə cütdırnaqlılar (Artiodactyla), əsasən, 5 növ ilə təmsil olunmuşdur: nəcib maral (Cervus elaphus), Şərqi Qafqaz Turu (Capra cylindricornis), cüyür (Capreolus capreolus), köpgər (Rupicapra rupicapra). Ərazinin yırtıcılar (Carnivora) dəstəsi ayı (Ursus arctos), canavar (Canis lupus), tülkü (Vulpes vulpes), vaşaq (Lynx lynx), meşə pişiyi (Felis silvestris), porsuq (Meles meles), daşlıq və meşə dələləri (Martes foina, Martes martes), gəlincik (Mustela nivalis) və yenotdan (Procyon lotor) ibarətdir.
Ərazidə samur (Lutra lutra) və bəbirin (Panthera pardus) olduğu haqda məlumatlar vardır.

Tarixi-mədəni abidələr. Mamrux kəndi ərazisində alban abidəsi (IV əsr). Zaqatala səddi (V-VII əsrlər). Car kəndi ərazisində XVI əsrə aid Cingözqala qülləsi. 1830-cu ildə tikilmiş Zaqatala qalası. Yuxarı Çardaxlar kəndində Qız Qalası Mağarası, atəşpərəstlik məbədi (V əsr). Muxax kəndində cümə məscidi (XIX əsr). Qarqay kəndində məscid (XVII əsr). Əliabad kəndində məscid və minarə (XVII əsr). Danaçı kəndində məscid (XIX əsr). Aşağı Çardaxlar kəndində cümə məscidi (XIX əsr). Mazıx kəndində cümə məscidi (XIX əsr). Əliabad kəndində məscid (1876).