Astara rayonu print

Rayon 1930-cu ildə təşkil olummuşdur. 1963-cü ildə ləğv edilərək Lənkəran rayonuna verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Cənubda və qərbdə İran İslam Respublikası ilə həmsərhəddir.

Relyefi. Rayon ərazisi qərbdən dağlıq olub Peştəsər və Talış silsilələri ilə əhatə olunmuşdur. Bu hissə çay dərələri ilə parçalanmışdır. Düzənlik olan şərq hissəsi Lənkəran ovalığına keçir.

Geoloji quruluşu. Xəzər sahilinə  enən dar zolaq Antropogen çökuntü süxurlarından ibarətdir. Dağlıq və dağətəyi ərazilərdə Paleogen çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri. Ərazinin əsas çayları Astara, Təngərud, Vəşəru, İstisu çaylarıdır. Ərazi mineral bulaqlarla (Ağkörpü, Alaşa və s.) zəngindir.

Torpaq örtüyü. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqlar geniş yayılmışdır.

TarixiAstara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi tpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara - ribat mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur. Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür.

Əhalisi. Ərazidə əhalinin əksəriyyəti azərbaycanlılar və talışlardan ibarətdir. Burada ruslar, ukraynalılar da yaşayır.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi yayı quraq keçən mülayim isti iqlimdir. Hündürlük artdıqca iqlim soyuqlaşır. Düzənlik və dağətəyi hissə rütubətli (mülayim rütubətli) subtropik zonaya aiddir. Astara rayonu respublikanın ən çoxyağıntılı ərazilərindəndir. Hirkan Milli Parkının bir hissəsi burada yerləşir. Astara ərazisi flora və faunanın yüksək zənginliyi ilə seçilir. Burada endem və relikt bitkilər çoxdur. Havanın orta temperaturu 12 - 14 C, yanvar ayında orta temperatur 1-4 C, iyulda isə 22-24 C olur. Ərazinin dendroflorası 150-ə qədər, o cümlədən 40-a yaxın endem ağac növlərindən ibarətdir. Onların demək olarki, hamısı “Azərbaycanın Qırmızı Kitabı'na salınmışdır. Bunlar güləbrişin (Albizzia julibrissin), məxməri gərməşov (Euonymus velutina), xəzər lələyi (Gleditsia caspia), şabalıdyarpaq palıd (Quercus castaneifolia). vələsyarpaq azat (Zelkova carpinifolia), qızılağac (Alnus sp.), hirkan ənciri (Ficus hyrcanica). qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ürəkyarpaq  qızılağac (Alnus subcordata), dəmirağac (Parrotia persica), hirkan şümşadı (Buxus hyrcana), adi nar (Punica granatum), adi xurma (Diospyrus lotus), iriyarpaq mürdəşər (Frangula grandifolia), pastuxov daşsarmaşığı (Hedera pastuchoyii), hirkan şümşəsi (Ilex hyrcanum).
Buradakı hirkan meşələri 3 yarusludur. Birinci yarusu, əsasən, şabalıdyarpaq palıd və qafqaz vələsi formalaşdırır. İkinci yarus dəmirağacdan ibarətdir. Üçüncü yarusu müxtəlif yemişan növləri, şümşad təşkil edir.

Fauna. Astara ərazisində 100-ə yaxın quş növü qeyd edilmişdir. Meşəlik ərazilərdə hörücü (Fringilla coelebs), şəfəqbülbülü (Erithaucus rebecula), iri arıquş (Parus major), qara arıquş (Parus ater), qara qaratoyuq (Turdus meruia) və s. quşlar vardır.

Məməlilərdən cüyür (Capreolus capreolus), qaban (Sus scrofa), Asiya tirəndazı (Hystrix cristata), gəlincik (Mustela nivalis), daşlıq dələsi (Martes foina), porsuq (Meles meles), çay samuru (Lutra lutra), qamışlıq pişiyi (Felis chaus), vaşaq (Lynx lynx), tülkü (Vulpes vulpes) və canavara (Canis lupus) rast gəlinir. Ərazidə nadir hallarda bəbir (Felis pardus), qonur ayı (Ursus arctos) və zolaqlı kaftar (Hyaena hyaena) rast gəlinir. Hirkan Milli Parkına Ussuriyadan gətirilmiş xallı maral (Cervus nippon) introduksiya edilmişdir.

Təbiət abidələri. Ərazi təbiəit abidələri ilə zəngindir. Astara rayonu ərazisində unikal xüsusiyyətlərə malik meşə sahələri aşağıdakılardır: Maşxan kəndi ərazisində 3 ha sahədə şümşadlıq. Üçüncü Dövrün nadir relikt meşəliyidir. Digər nadir şümşadlıqlar Alasa, Ovac, Böyük Ovac və Miki kəndləri ətrafındadır. Ağacların orta yaşı 200-300 il və daha çoxdur. Burada hirkan şümşadı (Buxus hyrcana) ilə yanaşı qaraçöhrə (Taxus baccata), pırkal (Ilex hyrcana), budaqlı danaya (Danae racemosa) və hirkan bigəvəri (Ruscus hyrcanus) kimi digər relikt, nadir və endem bitkilərə rast gəlinir.
Ən nadir zooloji təbiət abidəsi qafqaz bəbiridir. Aleksandr Düma Talış meşələrində məskən salmış Araz çayından keçib Qarabağa qədər gedib çıxdıqlarını, bu ərazilərdə bəbirlərin geniş yayıldığını, insanlarm bəbirləri əhliləşdirərək onları yəhərin qaşına bağlayıb ceyran ovuna çıxdıqlarını yazır.
Ərazidə ölkə əhəmiyyətli 26 arxeoloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ-park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeoloji abidə qeydə alınmışdır.

Arxeoloji abidələri. Telman, Pensər, Təngərud, Şuvi və s. kəndlərdə Tunc və Dəmir Dövrlərinə aid Astara kurqanları. Kromlexlə əhatə edilmiş daş qutu və sərdaba formalı qəbirlər, gil qablar, saplaqlı tunc nizo uclan, dördtilli bizlər, daşdan qaban fiqurları aşkar edilmişdir. M .ə. III minilliyin ortalarında bu ərazinin tayfaları metallurgiya sahəsində yüksək qabiliyyətlərə malik olmuş, tökmə üsulla mərgümüşlü tunc məmulatlar hazırlayırmışlar.

Tarixi abidələri. Astara rayon Tarix-Diyarşünaslıq muzeyində 8 mindən çox eksponat vardır.

Ərçivan kəndindəki Məhəmməd Hənəfiyyə məscidi (1499) bir zamanlar Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Bio kəndi yaxınlığında Şindan qalası, Alaşa kəndi yaxınlığında Divankə qalası. Təngərud kəndində Yekdəst qalası. Hamuşan kəndində Gəlin qayaları. Şahağac kəndində XII əsrə aid türbə. Burzubənd kəndində Şeyx Məhəmməd Zalani türbəsi. Pensər kəndində Hacı Teymur məscidi (XIX əsr). Maşxan kəndində Orta Əsrlərə aid yaşayış yeri və Əhməd ibn Kərim türbəsi (1472). Vaqo kəndində məscid (1905), Siyaku kəndində Qırxtürbə şəhər yeri (X-XII əsrlər), Pəlikəş kəndində piyacənapar körpüsü (XIII əsr).