Yardımlı rayonu print

Azərbaycanm cənub hissəsində yerləşən Yardımlı rayonu 1930-cu ildə yaradılmışdır. 1938-ci ilədək Vərgədüz rayonu adlandırılmışdır. “Yardımlı’ sözünün toponimikasi buradakı atəşpərəstliklə bağlıdır. “Yardam'’ atəş, günəş mənasını daşıyır.

Relyefi. Rayon ərazisi Talış dağlarının şimal-qərbində, Talış və Peştəsər silsilələrinin şimal-qərbi, Burovar silsiləsinin mərkəzi hissəsində yerləşir. Rayon ərazisi cənub-qərbdən ən yüksək zirvəsi Şinunkələk (2419 m) olan Talış dağları ilə əhatə olunmuşdur. Rayonun İran ilə həmsərhəd olan qərb hissəsi Şeytanlalası silsiləsi ilə hüdudlanır. Mərkəzdən cənuba doğru uzanan Peştəsər silsiləsi (ən yüksək zirvəsi 2244 m) Talış silsiləsinə perpendikulyardır.

Geoloji quruluşu. Ərazidə Paleogenin vulkanogen və vulkanogen çöküntü fasiyaları yayılmışdır.

Çayları və su hövzələri. Rayonun ən böyük və bolsulu çayı ümumi uzunluğu 115 km olan Viləşçaydır. Digər çayları Sanbulaqçay, Bolqar, Allar, Avım çaylarıdır.

Landşafları və bioloji müxtəlifliyi. Ərazidə kollu və seyrək meşəli çəmənlər geniş yer tutur. Dağ-kserofil bitkiləri bitir. Meşələrində (17260 ha, 23.4% ) iberiya palıdı (Quercus iberica), şərq fıstığı (Fagus orientalis), şərq vələsi (Carpinus orientalis), şabalıdyarpaq palıd (Quercus casfaneifolia), vələsyarpaq azat (Zelkova hyrcana) ağac növləri üstünlük təşkil edir.
Heyvanlar aləmi zəngin olub, əsasən, canavar (Canis lupus), tülkü (Vulpes vulpes), qonur ayı (Ursus arctos), adi çaqqal (Canis aureus), çöl donuzu (Sus scrofa), boz dovşan (Lepus europaeus), iran qum siçanı (Meriones persicus), kiçik asiya qum siçanı (Meriones Wistrami), kəklik (Perdix perdix) və s. canlılardan ibarətdir. Ərazi nadir-relikt bitki və heyvanlar ilə də zəngindir. Bunlar gözəl zəfəran (Crocus spesiosus), dəmirağac (Parrotia persica ), hirkan armudu (Pyrus hyrcana), Hirkan şümşəsi-pırkal (Ilex hyrcana), qafqaz xurması (Diospyrus lotus), şabalıdyarpaq palıd (Quercus castaneifolia), təkdənli buğda (Triticum monococcum), ürəkvariyarpaq qızılağac (Alnus subcordata), vələsyarpaq azat (Zelkova carpinifolia), (Zelkova hyrcana), aralıq dənizi tısbağası (Testudo graeca), talış məxməri kəpənəyi (Pararge adrastoides).

Əhalisi. Uzunömürlülər diyarı olan Yardımlı rayonu əhalinin təbii artımına görə (3588 nəfər) respublikada birinci yeri tutur (2009). Rayondakı tarixi-diyarşünaslıq muzeyində 5500-dən çox eksponat toplanmışdır. Buradan tapılmış arxeoloji materiallar - qədim qəbir mədəniyyyəti nümunələri 2500 əvvələ aid edilir. Muzeyin əsas fondu, əsasən, 10 incəsənət əsəri, 25 heykəl, 126 tətbiqi sənət əsəri, 193 arxeoloji materiallar, 450 numizmatika predmeti, 445 etnoqrafik məişət nümunələri, 247 fotoşəkildən ibarətdir. Muzeyin numizmatika fondu olduqca maraqlıdır. Burada Sasanilər, Abbasilər, Eldənizlər, Qacarlar imperiyalarına məxsus sikkələr, Bizans İmperiyasına (IX-XV əsrlər) aid müxtəlif əşyalar, XVIII-XIX əsrə aid pullar saxlanılır. Muzeyin ən yeni və ən qədim eksponatlarından biri Avarat kəndindən tapılm ış 4 sm x 3 sm x 5 sm ölçülərə malik, yaşı 25 mln. il olan oval formalı daşdır. Geoloqların fikrincə, Maykop Dövründə indiki Yardımlı ərazisi su əhatəsində olmuşdur. Bu dövrdə baş vermiş vulkan püskürmələrinin təsiri ilə balıqlar məhv olmuş, Talış dağları yaranmışdır. Tapılmış daş bərkimiş lava hissəsi olub məhv olmuş qədim geoloji dövrə aid olan balığın - latimeriyanın daşlaşmış qalığıdır.

Geoloji təbiət abidələri. Ərazinin ən nadir və qiymətli geoloji-kosmik ləbiət abidəsi Yardımlı meteoritidir. Keçmiş SSRI ərazisində üçüncü böyük meteorit (ən böyük qəlpəsinin çəkisi 127 kq olmuşdur) 1959-cu iidə rayonun Ərus və Jiy kəndləri yaxınlığında düşmüşdür. Digər qiymətli paleontoloji abidə latimeriya fossilidir. Digər füsunkar geoloji abidə Yardımlı şəlaləsi və allar mağarasıdır.

Çempion ağaclarıYardımlı rayonunda yaşı 100-1200 il olan onlarla çempion ağac vardır: Ökü kəndindəki 1200 yaşlı şərq çinarı (Platanus orientalis), Ostayır kəndindəkl 800 yaşlı şərq çinarı (Platanus orientalis), Şəfəq kəndindəki 600 yaşlı şərq çinarı (Platanus orientalis), ökü kənd qəbiristanlığındakı 500 yaşlı azat ağac (Zelkova hyrcana), Urağaran, Avun və Horonu kəndlərindəki 400 yaşlı şərq çinarları (Platanus orientalis) bu qocamanların bir hissəsidir.
Dəmirağac (Parrotia persica), Hirkan armudu (Pyrus hyrcana), Hirkan şümşəsi - pırkal (Ilex hyrcana), Qafqaz xurması (Diospyrus lotus), şabalıdyarpaq palıd (Quercus castaneifolia), təkdənli buğda (Triticum monococcum), ürəkvariyarpaq qızılağac (Alnus subcordata), Vələsyarpaq azat (Zelkova carpinifolia), hirkan azatı (Z.hyrcana), Aralıqdənizi tısbağası (Testudo graeca), Talış məxməri kəpənəyi (Pararge adrastoides).