Neftçala rayonu print

Neftçala rayonu 1940-cı ildə təşkil edilmişdir. Əvvəllər Salyan rayonunun və Xıllı (1939) rayonunun tərkibində olmuşdur. Xıllı rayonu 1959-cu ildə ləğv edilərək Neftçala rayonuna verilmişdir. Bir neçə dəfə (1963, 1965) ləğv edilərək yenidən Salyan rayonuna verilmişdir. 1973-cü ildən yenidən müstəqil rayon statusu almışdır. Ərazinin tarixi adı “Xanqışlağı” olmuşdur. Müasir adı palçıq vulkanları püskürməsi zamanı brekçiya ilə neftli fraksiyalarında çıxması ilə bağlıdır.
Relyefi. Neftçala rayonunun ərazisi, əsasən, düzənlikdir. O, Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, Kür-Araz ovalığının şərqində, cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıdadır.
Ərazi palçıq vulkanları ilə zəngindir. Neftçala sahillərində bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov - Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir.
Geoloji quruluşu. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Duz- dağ gölü vardır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl tiplidir. Yarımsəhra çöl və şoran, boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən torpaqlar geniş yayılmışdır. Ərazinin dora və faunası Salyan rayonu ilə demək olar ki. eynidir. Şirvan Milli Parkı və Şirvan Dövlət Təbiət Yasaqlığının bir hissəsi Neftçala rayonu ərazisinə düşür. Ərazidə bakı gəvəni (Astragalus bakuense), itikənarlı süsən (Iris acutiloba), şişkin vələmir (Arena ventricosa), şober şorgiləsi (Nitraria schoberi), aralıqdənizi tısbağası (Testudo graeca), ceyran (Gazella subgutturosa), turac (Francolinus francolinııs) kimi nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlar yaşayır.
Geoloji təbiət abidələri. Ərazinin ən gözəl geoloji təbiət abidələri buradakı palçıq vulkanları və Kür çayının Xəzərlə qovuşduğu sahəsi - Kürün deltasıdır.
Palçıq vulkanları aşağıdakılardır: Duzdağ palçıq vulkanı (Xıllı kəndinin cənubunda). Bu Kürün sağ sahilindəki ən hündür yüksəklikdir (18 m);
Qolovaçev sayı palçıq vulkanı. Kür çayının deltasından cənub-şərqdə yerləşən sualtı palçıq vulkanıdır. Oblivnoy adası palçıq vulkanı Bəndovan burnundan cənub-şərqdə və Svinoy adasından cənub-qərbdə yerləşmişdir. Ada palçıq vulkanı konusunun qalığıdır.
Kür Daşı adası Bondovan burnundan cənub-şərqdə yerləşir. Bu ada palçıq vulkanı mənşəlidir. Onun uzunluğu 308 m, eni 252 m-dir.
Komilov-Pavlov sayı palçıq vulkanı Bondovan burnundan cənub-şərqdə yerləşmişdir. Say qərbdən şərqə uzanmış üçbucaq şəkilli kəsik konus formasında sualtı palçıq vulkanıdır.