İmişli rayonu print

Mil-Muğan düzü, Kür-Araz ovalığında yerləşən İmişli rayonu 1930-cu ildə yaradılaraq Qaradonlu adlanırdı. 1938-ci ildə rayon mərkəzi İmişli kəndinə köçürülmüşdür. Həmin vaxtdan da rayon İmişli adlanır. İmişli sözünün etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bu adın bu ərazidə yaşamış qədim “imaşlı’ tayfalarının adı ilə bağlı olduğu bildirilir.
Relyefi. Kür-Araz ovalığında, Mil düzünün şimal, Muğan düzünün qərb hissəsində yerləşir. İmişli rayonu ərazisinin Mil düziindəki sahəsini Şirvan düzü ilə Kür çayı ayirir. Ərazisinin xeyli hissəsi dəniz səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Ərazinin geoloji quruluşunda Antropogen çöküntüləri nisbətən geniş yayılmışdır.
Çayları və su hövzələri. Rayonun şimal sərhədi boyu Kür, mərkəzi hissəsindən Araz çayı axır. Sarısıı gölünün çox hissəsi İmişli ərazisindədir.
Landşaftları və bioloji müxtəlifliyi. Əsasən, yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi yayılmışdır. İllik yağıntı 300 mm-dir. Əsas bitki örtüyü yovşan (Artemisia sp.) və şorangə (Salsola sp.) formasiyasından ibarət yarımsəhra tiplidir. Meşə sahəsi qovaq (Populus sp.), qarağac (Ulmus sp.), tut (Morus sp.), adi nar (Punica granatum), yemişan (Crataegus sp.), itburnu (Rosa sp.), yulğun (Tamarix sp.) kimi ağac və kollardan ibarətdir. Ot bitkilərindən yovşan (Artemisia sp.), gəvən (Astragalus sp.), siidloyən (Euphorbia sp.), ətirşah (Geranium sp.), dumagülü (Erodium sp.), süsənə (Iris sp.) rast gəlinir.
Ərazi özünəməxsus heyvanlar aləminə malikdir. Burada qaban (Sus scrofa), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus), ceyrana (Gazella subgutturosa) çox rast gəlinir. Xırda məməlilər, əsasən, qumsiçanı ilə təmsil olunmuşdur. Quşlardan turac (Francolinus francolinus), qırqovul (Phasianus colchicus), qaraqarın bağrıqara (Pterocles orientalis), bəzgək (Otis tetrax) və dovdaq (Otis tarda) daha çoxdur.
Arxeoloji abidələri. Qızıl kənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Yedditopə kurqanı.
Tarixi-mədəni abidələri. Qızıl-kənd kəndində orta əsrlərə aid Qızıltəpə yaşayış yeri. Aranlı kəndində orta əsrlərə aid Abıştəpə yaşayış yeri. Qaradonlu kəndində IX-XIII əsrlərə aid yaşayış yeri.