Lənkəran-Astara iqtisadi - coğrafi bölgəsi print

Respublikanın cənub-şərqində yerləşən, şimaldan Xəzər dənizi, cənubdan İran Islam R espublikası ilə əhatələnən Lənkəran-Astara iqtisadi-coğrafi rayonuna  Cəlilabad, Masallı, Yardımlı, Astara, Lənkəran və Lerik rayonları daxil edilmişdir. Sahəsi 5.3 min km -dir. Ərazidə 6 şəhər, 10 şəhər tipli qəsəbə mövcuddur. Səthi, əsasən, dağlıq (Talış dağları), şərqdə v ə şimal-şərqdə ovalıqdır (Lənkəran ovalığı). L ənkəran ovalığının səthi hamar olub Antropogen sisteminin qumlu-gilli, gillicəli-çaqU daşlı dəniz və allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Ovalığın iqlimi çox yerdə yayı quraq keçən mülayim isti, rütubətli subtropik tipli, torpaqları isə, əsasən, qleyli-podzollu sarı torpaqlardan ibarətdir. Buranın bitki örtüyü meşənin yerində əmələ gəlmiş kollu və seyrək meşəli çəmənlərdən və Hirkan tipli meşələrdən (dəmirağac, şabalıdyarpaq palıd , azat və s.) ibarətdir. Dağlıq yerlərdə, əsasən, Paleogen, ovalıqda isə Antropogen çöküntüləri yayılmışdır. Gil yataqları və mineral bulaqlarla zəngindir. Çox sıx çay şəbəkəsi sisteminə malikdir. Əsas çayları Lənkəran, Viləş, Astara və s. çaylardır. Lənkəran rayonu ərazisində Xanbulançay su anbarı yaradılmışdır. Rayonun ümumi ərazisi 5331 kv km -dir. Onun 30.2 % -ni meşə və kolluqlar təşkil edir.

İqlim xüsusiyyətləri: İI ərzindəki günəş panltısının miqdarı 2000-2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün çox yumşaq və yumşaq şəraitdə keçir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-10 gün ətrafında tərəddüd edir. Küləyin orta illik sürəti 4 - 6 m/san və daha yüksək olur. İqlim kontinentallığı mülayim ( 165-ə qədər əmsalla) və orta (205-ə qədər əmsalla) kontinentallıq intervalında səciyyələnir. İI ərzində şaxtasız dövrün davamiyyəti 150-250 gün və daha çox, havanın temperaturunun O C-dən aşağı olan günlərin sayı isə Cəlilabad, Masallı və Lənkəranda 10-50 gün, Astarada 1 0-100 gün, Lerik və Yardımlıda 20-100 gün təşkil edir. İl ərazində qar örtüyü olan günlərin sayı ərazi üçün 10-120 gün olaraq Cəlilabad, Masallı və Lənkəranda 10-40, Astarada 10-80, Yardımlı və Lerikdə isə 40-120 gün çəkir. 

Talış florası öz bitki örtüyünün zənginliyinə görə təkcə vətənimizdə deyil, bütün dünyada məşhurdur. Burada dəmirağac, şabalıdyarpaq palıd, azat, Xəzər lələyi, Lənkəran (ipək) akasiyası, Hirkan şümşadı, Hirkan ənciri, Hirkan qovağı, Hirkan bigəvəri və danaya kimi nadir - relikt ağac və kollar bitir