Ağdam rayonu print

Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir. 23.07. 1993-cü il tarixində ermənilər tərəfindən işğal edilmişdir.
Relyefi. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində. Kür-Araz ovalığının qərb hissəsindədir. Rayonun relyefi, əsasən, düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub-qərbdən şimal-şərqə doğru tədricən alçalır. Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şərq qolunda maksimum hündürlük 1365 m-dir.
Geoloji quruluşu. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Tabaşir və Yura çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazidən Xaçın və Qarqar çayları axır. Çayların suyu yayda azalır və quruyur. Xaçınçay Kiçik Qafqazın Hacı-Yuıd (2397 m), Uyuxlu (2316 m), Çilqiyas (2362 m), Çiçəkli (2343 m), Allaqaya (2583 m) dağlarının yamaclarından axan sızqac və bulaqlardan formalaşır. Çayın 12 qolu vardır. Qarqarçay Kiçik Qafqazın Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəliçayla Zarıslıçayın qovuşmasından yaranır. Çayın mənbəyi (Zarıslıçay) 2080 m yüksəklikdə yerləşir.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi, əsasən, mülayim isti və quru subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir.
Şabalıdı, açıq-şabalıdı, dağ tünd şabalıdı, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Bitkiləri kol, quru-bozqır və yarımsəhra bitkiləridir. Yırtıcı məməlilərdən çaqqal, canavar, adi tülkü, quşlardan kəklik, turac və s. geniş yayılmışdır.
Ağdam rayonunda yarımsəhra zonasında saqqızağac (Pistacia mutica) meşəsi böyük maraq doğurur. Bu saqqızağac meşəsi Qarabağ düzündə Xaçınçayın sol sahilində yerləşib Sultanbud meşəsi adı ilə məşhurdur. Burada palıd-saqqız meşəsinin sahəsi 2000 hektara yaxındır. Vaxtilə saqqızağac - palıd meşələri Qarabağ və Mil düzündə geniş sahələri tutmuşdur.
Yarımsəhra şəraitində bitən seyrək saqqızağac-palıd meşəsi əraziyə xüsusi gözəllik verir. Burada 350 - 400 yaşlı saqqızağacların boyu 12-20 m-ə, döş bərabərində diametri isə 1 m-ə qədər çatır. Çətirləri çadırabənzər sıx və çox gözəldir. Meşə altında və talalarda adi nar (Punica granatum), yemişan (Crataegus sp.), qaratikan (Paliurus spina-christi) kolları bitir. Ot örtüyündə dəvəayağının mezofil formaları (Limonium scoparium), çətiryarpaq (Asperula humifusa), qarayonca (Medicago соerulea), boymadərən (Achillea nobilis), dərman qulançan (Asparagus officinalis), ayrıqotu (Elytrigia sp.) və tala sahəsindən gələn yovşan (Artemisia sp.) və qırtıc (Poa sp.) yayılmışdır. Cənub istiqamətində Xaçınçaya doğru torpağın nəmliyinin artması ilə əlaqədar saqqızağac seyrəkliyi tədricən saqqızağac - palıd və uzunsaplaq palıd (Quercus longipes) meşəsi ilə əvəz olunur.
Arxeoloji abidələr. Əfətli kəndi yaxınlığında Eneolit Dövrünə (m.ə. V minilliyin I yarısı) aid, çiy kərpicdən ibarət dairəvi planlı binalardan ibarət Çalağaııtəpə yaşayış yeri. Gildən düzəldilmiş, boya ilə naxışlanmış heyvan fiqurları Cənubi Qafqazda lıeykəltaraşlığa aid ən qədim nümunələrdəndir. Burada ölülər həsirə bükülü halda, zəngin və zərif bəzək əşyaları ilə birlikdə evlərin döşəməsi altında və ya həyətyanı sahədə basdırılmışdır. Ağdam şəhəri yaxınlığında Tunc Dövrünə aid Çıraqtəpə, Qaralıacı, Eneolit Dövrünə aid Vəlixantəpə yaşayış yerləri və kurqanlar. Baş Qərvənd kəndi yaxınlığında Eneolit-Dəmir Dövrlərinə aid İlanlıtəpə yaşayış yeri. Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında Tunc və Dəmir Dövrlərinə aid Dəyirmantəpə kurqanı. Məşrəfli kəndi yaxınlığında Eneolit Dövrünə aid Şomullutəpə yaşayış yeri. Mirəşəlli və Armudlu kəndlərinin arasında Bənövşələr təpəsi yaşayış yeri (Eneolit Dövrü). Mirəşəlli kəndi yaxınlığında Gültəpə yaşayış yeri.
Tarixi-mədəni abidələr. Kəngərli kəndi yaxınlığında XIV əsrlərə aid Kəngərli qəbiristanı. Ərazidə at, qoyun fiqurlarından ibarət qəbirüstü abidələr, daş sənduqələr, daşdan tikilmiş türbə (XIV əsr) olmuşdur.
Xaçıntürbətli kəndində Qutlu Musaoğlu türbəsi (1314). Kəngərli kəndində XIV əsrə aid türbə. Papravənd kəndində XVIII əsrə aid 2 ədəd türbə. Boyəhmədli kəndi yaxınlığında III-X əsrlərə aid Govurqala şəhər yeri və qəbiristan. Qafqaz Albaniyası hökmdarlarının yay iqamətgahı, Aluen şəhərinin xarabalığı olduğu güman edilir. Narınqala hissəsi təpə üzərindədir. Şəhərə saxsı borularla bulaq suyu çəkilmişdir. Ərazidən bütpərəst və xristianlara məxsus məbəd, qəbiristanlıq aşkar edilmişdir. Ağdam şəhərində XVII əsrə aid Xanoğlu türbəsi. Ağdam şəhərində XVIII əsrə aid Qarabağ xanı Pənahəli xanın imarəti. Ağdam şəhərində XIX əsrə aid Qarabağ xanı Pənahəli xanın türbəsi, məscid (1870).