Füzuli rayonu print

Füzuli rayonunun əsası 1827- ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli rayonu 1930-cu ildə təşkil edilmişdir. Füzuli şəhəri Azərbaycanın qədim şəhərlərindən biridir. 1827-ci ildən şəhər statusuna malik olan bu məntəqə 1959-cu ilədək Qaryagin adlanmışdır. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyində onun şərəfinə adlandırılmışdır. 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Səthi çox yerdə Araz çayına doğru alçalan maili düzənlik, qərbdə isə alçaq dağlıqdır (Qarabağ silsiləsinin cənub-şərq ətəkləri).
Geoloji quruluşu. Əsasən, Neogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçaydır. Köndələnçay Kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamacından (1780 m) bulaqdan başlayır.
Landşaftları və bioloji müxtəlifliyi. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi torpaqlar yayılmışdır.
İqlimi şimal hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl, qərb hissədə yayı quraq keçən miilayim-istidir.
Bitkisi, əsasən, yarımsəhra tiplidir. Seyrək meşələri vardır. Meşəlik sahələrdə saqqızağac (Pistacia mutica), qovaq (Populus sp.), söyüd (Salix sp.) ağaclarına, daşlı yamaclarda ardıc (Juniperus sp.) kollarına, çay kənarlarında isə yulğun (Tamarix sp.), söyüd (Salix sp.), nar (Punica granatum), adi zirinc (Berberis vulgaris) və qaratikan (Paliurus spina-christi) kollarına rast gəlinir.
Fauna. Ərazinin heyvanlar aləmi zəngindir. Burada moməlilərdən canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), boz dovşan (Lepus europaeus), tirəndaz (Hystrix indica), kiçik asiya qumsiçanı (Allactaga williamsii) və s. canlılara rast gəlmək olur. Quşlar turac (Francolinus franeolinus), qırqovul (Phasianus colchicus), çöl göyərçini (Columba livia) və s. növlərlə təmsil olunur. Sürünənlərdən cılız koramal (Anguis fragilis), zirehli koramal (Pseudopus apodus), levant irigürzəsi (Macrovipera lebetina), aralıqdənizi tısbağası (Testudo graeca), bataqlıq tısbağasına (Emys orbicularis) rast gəlinir. Suda-quruda yaşayanlardan yaşıl quru qurbağası (Pseudopidale variabilis), göl qurbağası (Pelophylax ridibundus) vardır.
Arxeoloji abidələr. Füzulu şəhərinin yaxınlığında, Köndələnçayın sağ sahilində çoxtəbəqəli (m.ə. V minillik - XVIII əsr) Eneolit, Tunc, Dəmir, antik dövrlər və orta əsrlərə aid qədim yaşayış yeri. Çoxlu dairəvi tikintilər. Tunc Dövrünə aid möhtəşəm divar qalıqları aşkar edilmişdir.
Bala Bəhmənli yaxınlığında Eneolit - Son Orta Əsrlər Dövrünə aid Kültəpə çoxtəbəqəli qədim yaşayış yeri. Tədqiqatlar əsasında bu yerin Eneolit və Tunc Dövrlərində oturaq əkinçi icmaların böyük yaşayış yeri, Orta Əsrlərdə isə qala olduğu müəyyən edilmişdir. Mirzəcamallı kəndi yaxınlığında Tunc Dövrünə aid 20 kurqandan ibarət Ycdditəpə arxeoloji abidə.
Tarixi-mədəni abidələr. Mirzəcamallı kəndi yaxınlığında IV-VI əsrlərə aid daş qutu qəbirlər. Ölülər bükülü vəziyyətdə basdırılmışdır. Tapıntılar yerli tayfaların İran, Roma, Bizansla iqtisadi və mədəni əlaqələrini sübut edir. Yerli tayfaların iran, Roma, Bizans ilə iqtisadi və mədəni əlaqələrini sübut edən tapıntılar aşkar edilmişdir. Babı kəndində XIII əsrə aid - Babı türbəsi. Üzərindəki kufi xətti ilə yazılmış kitabədə hicri 670-ci (1271/72) ildə Şeyx Əbu Yaqub ibn Səəd tərəfindən tikildiyi bildirilir.