Ağstafa rayonu print

Ağstafa rayonu 1939-cu ildə təşkil olunub, 1959-cu ildə ləğv edilərək Qazax rayonu ilə birləşdirilmiş, 1990-cı ildə yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Respublikanın şimal- qərb hissəsində, Böyük Qafqazın ətəkləri, Kiçik Qafqazla Qabırrı yaylası arasında, Gəncə-Qazax maili düzənliyində və Ceyraııçöl öndağlığında yerləşir. Səthi, əsasən, düzənlikdir (Gəncə, Qazax və Qarayazı düzləri). Cənub-qərb, şimal və şimal-şərq hissələri (Yaylacıq silsiləsi, Çobandağ silsiləsi) alçaq dağlıqdır. Şərq hissəsi Ceyrançöl düzüdür. Ən yüksək zirvəsi 1083 m olub rayonun cənub hissəsindədir.
Geoloji quruluşu. Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Rayonun ərazisindən Kür çayı keçir. Ağstafa və Həsənsu çaylarının aşağı axınları Ağstafa rayonu ərazisindədir. Candar gölü də bu rayonda yerləşir. Həsənsu Kiçik Qafqazın Murğuz silsiləsindən (2660 m) başlayaraq Kürə tökülür. Çayın dərəsi V-şəkilli olub bəzi yerlərdə kanyon xarakterli, aşağı hissələrdə isə təknəvaridir. Ağstafaçay Kiçik Qafqazın Pam- bak silsiləsindən (3000 m) başlayır. O, tranzit çay olub 34 km-i respublika ərazisindən keçir. Çay dərələri V-şəkilli və təknəvaridir. Kür çayı mənbəyini Qızıl-Gədik dağının şimal-şərq yamacındakı (2720 m) bulaqlar qrupundan götürür. Onun ümumi uzunluğunun 174 km-i Türkiyə, 522 km-i Gürcüstan, 819 km-i isə Azərbaycan ərazisinə düşür. Gözəl bulaqları (Qələmcə), kiikürdlü mineral suları vardır.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda -5 °C-dən 0 °C-dək, iyulda 18-25 °C-dir. İllik yağıntı 350-700 mm olur. Əsasən, dağ şabalıdı, dağ boz qəhvəyi, şabalıdı, açıq şabalıdı dağ- meşə torpaqları yayılmışdır. Yovşanlı-şoranotulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahilində tuqay meşələri vardır.
Flora. Ərazinin tuqay meşələri bir neçə zonadan ibarətdir. Kür çayı sahilləri boyu söyüd (Salix sp.), yulğun (Tamarix sp.), böyürtkan (Rubus sp.), çaytikanı (Hippophae rhamnoides), adi zirinc (Berberis vulgaris) kollarından ibarət pöhrəliklərə təsadüf edilir. Onlardan sonrakı sıranı ağyarpaq qovaq (Populus hybrida), titrək qovaq (P.tremula) və qara qovaq (P.nigra), ağ tut (Morus alba) və müxtəlif söyüd (Salix sp.) növlərindən ibarət tuqay meşələri tutur. Ağaclar ağəsmə (Clematis vitalba), hüyəmə (Periploca graeca), mərəvcə (Smilax excelsa), meşəüzümü (Vitis silvestris) kimi sarmaşan bitkilərlə sarınimışdır. Böyürtkan (Rubus sp.), adi birgöz (Ligystrum vulgare), yulğun (Tamarix sp.), adi nar (Punica granatum) keçilməz meşəaltı yaradır. Bəzi yerlərdə meşə çoxyaruslu struktura malikdir. Birinci yams hündürlüyü 20-25 m-ə çatan qovaq ağaclarından ibarət olur. İkinci yarusda 12-15 m hündürlüyə malik söyüd və tut ağacları yerləşir. Üçüncü yams hiindürlüy 7-8 m olan tut (Morus sp.), iydə (Elaeagnus sp.), yemişan (Crataegus sp.) və qarağacdan (Ulmus sp.) ibarətdir.
Ot örtüyü sıx olub, əsasən, topal (Festuca sp.), ətirşah (Geranium sp.), dalamaz (Lamium album), gicitkan (Urtica dioica), dilqanadan (Galium aparine), yabanı kök (Daucus carota) növlərindən təşkil olunmuşdur. Qovaq və söyüd ağaclarından yuxarıdakı zona uzunsaplaq palıd (Quercus longipes), saqqızağac (Pistacia mutica), ağ tutdan (Morus alba) ibarətdir. Meşəaltı zona müxtəlif növ yemişan (Crataegus sp.), adi zirinc (Berberis vulgaris), zoğal (Cornus mas), əzgil (Mespilus germanica), qaratikan (Paliurus spina-christi) kollarından ibarətdir. Buradakı qarağacların orta ömrü orta hesabla 60-70 il, palıd ağaclarınınkı isə 90 ildir. Burada hündürlüyü 35-40 m-ə, gövdəsinin diametri 2.5 m-ə çatan nəhəng ağaclar az deyil.

Ceyrançöl ərazisində yarımsəhra bitkiləri geniş yayılmışdır. Buranın yovşanlıqları zəngin flora müxtəlifliyinə (190 cinsə aid olan 300-ə yaxın borulu bitki növü) malikdir. Buradakı ot bitkiləri, əsasən, Asteraceae, Poaceae, Brassicaceae, Fabaceae, Chenopodiaceae, Caryophyllaceae, Liliaceae, Apiaceae, Boraginaceae, Lamiaceae fəsilələrinə aiddir. Daha geniş yayılmış cinslər, əsasən, Medicago, Stipa, Centaurea, Zema, Salsola, Gagea, Suaeda, Astragalus cinslərindən ibarətdir. Ceyrançöl yovşanlıqlarında rast gəlinən 4 növ Azərbaycan endemləridir. Bunlar qınlı xaşa (Onobrychis vaginalis), Iedebur məsməsi (Torularia contortuplicata), eyxler tülpanı (Tulipa eichleri), karyagin yemliyi (Tragopogon karjaginii) növləridir. Burada, həmçinin 13 Qafqaz endemi vardır. Bunlar Aculium transcaucasium, Centauria ovina, Scorzonera lantana, Scorzonera biebersteinii, Tragopogon tuberosus, Astragalus xiphidium, Astragalus mollis, Onobrychis cyri, Scutellaria orientalis, Bellavalia wilhelmsii, Polygala hohenackeriana, Plantago filformis növləridir.
Fauna. Kür çayı balıqlarla zəngindir. Bunlar, əsasən, Kür xramulyası (Varicorhinus capoeta capoeta), çəki (Cyprinus carpio carpio), naxa (Silurus glanis), qalmalın (Hypophthalmichthys molitrix), durnabalıq (Esox lucius), mursa (Luciobarbus mursa), qızılxallı (Oncorhynchus caucasus), kür şirbiti (Barbus lacerta), qıjovçu (Alburnoides bipunctatus), gümüşcə (Alburnus alburnus) növləridir. Ərazidə qaban (Sus scrofa). boz dovşan (Lepus europaeus), çölsiçanı (Apodermus sylvatica) və s. rast gəlinir. Yırtıcılardan ayı (Ursus arctos), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles meles), meşə pişiyi (Felis silvestris), çaqqal (Canis aureus) daha çox rast gəlinir.
Quşlardan qırqovul (Phasianus colchicus), turac (Francolinus francolinus), boz kəklik (Perdix perdix), göyərçin (Columba livia), qızılı qızlarquşu (Merops superciliosus), susüpürən (Sterna nilotica), murad-quşu (Sturnus roseus), adi alacöhrə (Lanius collurio), almabaş qaraördək (Aythya nyroca), kiçik ağvağ (Egretta garzetta) və s. Qarayazı Dövlət Təbiət Qoruğu Ağstafa rayonu ərazisindədir.
Geoloji təbiət abidələri. Ağstafa şəhərindən 11 km məsafədə, Poylu qəsəbəsi yaxınlığında, Qarayazı düzündə “Yanar Su'" nadir təbiət abidəsi. Suyu sərin və içməli olan bu bulaq bütün fəsillərdə sönmədən yanır.
Təkrarolunmaz relyefə, təbiətə malik və çoxsaylı arxeoloji abidələrlə zəngin olan Keşikçidağ mağaralar kompleksi.
Arxeoloji abidələri. Aşağı Göyçəli kəndində Tunc Dövrünə aid Töyrətəpə, Ağtəpə, Son Tunc - Antik Dövrlərə aid Maraltəpə qədim yaşayış yerləri. Yuxarı Göyçəli kəndi yaxınlığında Qoşatəpə, Sarıtəpə, Hasarlıtəpə, II Şomutəpə yaşayış yerləri (Son Tunc - Erkən Dəmir Dövrləri). Dağ Kəsəmən kəndində Tunc Dövrü - Erkən Dəmir Dövrünə aid Çoban- daşı yaşayış yeri. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (Daş Dövrü), Tunc və Dəmir Dövrlərinə aid Durnatəpə, Böyüktəpə əraziləri, Şiş Quzey Piri, Sarı Qaznaq qəbiristanlığı (Tunc Dövrü). Tatlı kəndi yaxınlığında Cinlitəpə paleolit düşərgəsi, Tunc - Dəmir Dövrlərinə aid Alçaqtəpə, Hasarlıqala yaşayış yerləri. Aşağı Göyçəli kəndi yaxınlığında Neolit - Tunc dövrlərinə aid Töyrətəpə yaşayış yeri. Ağstafa şəhəri yaxınlığında I Şomutəpə (Neolit), Cantəpə (Tunc Dövrü) yaşayış yerləri. Qırılı kəndi yaxınlığında Qarğalar təpəsi yaşayış yeri (Neolit). Vurğun qəsəbəsi yaxınlığında Arzamastəpə yaşayış yeri (Neolit). Həsənsu çayının yaxınlığında Çəpiş təpəsi yaşayış yeri (Eneolit - Tunc Dövrləri). Pirili kəndi yaxınlığında Qabaqtəpə yaşayı yeri (Tunc - Dəmir Dövrləri). Həsənsu kəndi yaxınlığında Son Tunc Dövrünə aid Nadir bəy təpəsi yaşayış yeri. Pirili kəndi yaxınlığında nekropol (Antik Dövr).
Tarixi-mədəni abidələri. Tatlı kəndində alban məbədi (ilk orta əsrlər). Dağkəsəmən kəndi yaxınlığında yaşayış yeri (IV-VII əsrlər). Kolxələfli kəndində kəhriz (XIX əsr). Kolxələfli, Qarahəsən, Dağ Kəsəmən, Qıraq Kəsəmən kəndlərində XIX əsrə aid məscidlər. Poylu kəndində türbələr kompleksi (XIX əsr).