Ordubad rayonu print

Ordubad rayonu 1930- cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 1965-ci ildə yenidən təşkil edilmişdir.
Relyefi. Rayonun səthi, əsasən, dağlıq olub çox hissəsini Zəngəzur silsiləsinin cənub-qərb yamacları və Araz çayına doğru ayrılan qolları tutur. Muxtar Respublikanın ən yüksək nöqtəsi olan Qapıçıq dağı (3904 m) burada yerləşir. Araz çayı boyu Arazboyu düzənliklər (Ordubad düzənliyi) uzanır.
Ordubad Azərbaycanın qədim ərazilərindən, Ordubad şəhəri isə ölkəmizin çox qədim mədəniyyət mərkəzlərindəndir.
Geoloji quruluşu. Ərazidə, əsasən, Tabaşir və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Gilan, Parağa, Vənənd, Ordubad, Əylis və Düylün çaylarıdır. Gilan Zəngəzur silsiləsinin 2700 m yüksəklikdəki yamaclarından formalaşır. Gilançayın 8 əsas qolu vardır. Düylün Zəngəzur silsiləsindən (2400 m) formalaşır. Vənəndçayın mənbəyi Qaplançaydan başlayıb Zəngəzur silsiləsinin 3400 m yüksəklikdəki cənub-qərb yamaclarında yerləşir. Əylisçay Vardanaxdərə və Dabaxlıdağ çaylarının qovuşmasından (3100 m) yaranır. Onun 3 qolu vardır. Ordubadçayın mənbəyi 3200 m yüksəklikdə yerləşir. Çayın 5 qolu vardır.

Landşaftları və bioloji müxtəlifliyi. Boz, çəmən-boz, allüvial- çəmən, dağ-meşə, çimli dağ-çəmən torpaqlar yayılmışdır.
Ərazinin iqlimi yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır.
Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr (600-1200 m) səhra və yarımsəhra, orta dağlıq sahə dağ-kserofit (friqana), dağ-bozqır, kolluq, çala-çəmən və subasar çəmən bitkiləri, yüksək dağlıq sahələr isə meşə, su-bataqlıq, petrofil (qaya-töküntü), subalp, alp, subnival və nival çəmən bitkilikləri ilə örtülüdür. Burada enliyarpaqlı dağ meşələrinə (palıd, göyrüş, tozağacı) və pulcuqyarpaqlı seyrək arid meşələrində (ardıc) rast gəlinir. Ərazi florasında zöhrədarağı (Adiantum capillus-veneris), tükvari qamçılıca (Asplenium trichomanes), yaşılımtıl-sarı qazsoğanı (Gagea chlorantha), buzlaq qazsoğanı (Gagea glacialis), qarışıq tülpan (Tulipa confusa), Qarabağ tülpanı (T.karabachensis), Qesner tülpanı (Tulipa gesneriana), Şrenki tülpanı (T.schrenkii), eyxler tülpanı (Tulipa eichleri), şmidt tülpanı (Tulipa schmidtii), asırqalyarpaq mürgəgotu (Epipactis veratrifolia), qrossheym süsəni (Iris grossheimii), mişenko zümrüdçiçəyi (Scilla mischtschenkoana), vavilov çovdarı (Secale vavilovii), svelyov tonqalotu (Bromus tzvelevii), ağıriyli mahmızçiçək (Delphinium foetidum), nazikyarpaq pion (Paeonia tenuifolia), şovits dəlicincilimi (Cerastium szowitsii), kövrək şoran (Salsola futilis), daryarpaq dəvəqıran (Atraphaxis angustifolia), sallaq tozağacı (Betula pendula), cənubi qafqaz qovağı (turanqa) (Populus euphratica), buynuzlu yastıqotu (Draba polytricha), xəzər bozqovqacı (Physoptychis caspica), vəzili daşdələn (Saxifraga adenophora), mehri armudu (Pyrus megrica), karyagin itburnusu (Rosa karjaginii), qızılı astrakanta (Astracantha aurea), sarı-qımızı astrakanta (Astracantha flavirubens), karyagin astrakantası (Astracantha karjaginii), regel gəvəni (Astragalus regelii), ordubad gəvəni (Astragalus ordubadensis), prilipko gəvəni (Astragalus prilipkoanus), anadolu noxudu (Cicer anatolicum), komarov şaqqtldağı (Colutea komarovii, gözəl vaviloviya (Vavilovia formosa), aşı sumağı (Rhus coriaria), adi çaytikanı (Hippophae rhamnoides), albov baldırğanı (Heracleum albovii), zəngəzur zəngçiçəyi (Campanula zangezura), görkəmli yastıbaş (Jurinea spectabilis), müşklü gurinella (Jurinea moschus), pallas solmazçiçəyi (Helichrysum pallasii), komarov birəotu (Pyrethrum komarovii), koçi birəotu (Pyrethrum kotschyi), ordubad birəotu (Pyrethrum ordubadense), qrossheym təkəsaqqalı (Scorzonera grossheimii), küncIü acıçiçək (Gentiana angulosa), adi yergiləsi (Physalis alkekengi), sibtorp yuvaotu (Pedicularis sibthorpii) və s. nadir və endem bitkilər yayılmışdır.
Rayonun məməlilər faunası üçün xarakterik olan heyvanlardan qonur ayı (Ursus arctos), iran bəbiri (Panthera pardus), avrasiya vaşaqı (Lynx lynx), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles males), daşlıq dələsi (Martes foina), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus) və s. növləri göstərmək olar. Ərazinin ornitofaunası, əsasən, toğlugötürən (Gypaetus barbatus), bataqlıq bayquşu (Asio flammeus), xəzər uları (Tetraogallus caspius), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), kəklik (Alectoris chukar), dağ kətanquşu (Acanthis flavirostris) ilə təmsil olunur. Digər siniflərə aid heyvanlardan radde gürzəsi (Montivipera raddei), təlxələrdən zeytuni təlxə (Platyceps najadum), rəngbərəng təlxə (Hemorrhois ravergieri), qurğuşunrəngli təlxə (Hemorrhois plumbers), balıqlardan qızılxallı (forel) balığı (Salmo fario), mursa (Barbus mursa) və s. vardır. Qeyd etdiyimiz nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növlərini qorumaq üçün Zəngəzur Milli Parkı ərazisində Ordubad Dövlət Yasaqlığı yaradılmışdır.

Geoloji təbiət abidələri. Ordubad şəhərindən 9.5 km cənub-şərqdə, Araz çayının sol sahilində pirit qarışıqlı porfirit dağ süxurlarından ibarət süni Kilit mağarası. Ordubad şəhərindən 10.8 km cənub-şərqdə, Araz çayının sol sahilində, ümumi sahəsi 341 m2 olan “Böyük mağara” karst mağarası. Ordubad şəhərindən 11 km cənub-şərq istiqamətində, Araz çayının sol sahilində “Kiçik Mağara” karst mağarası. Pəzməri kəndi yaxınlığında Pəzməri şəlaləsi.
Çempion ağaları. Bir sıra müəlliflər Ordubad şəhərində qədimdən qalma tarixi çinarların olduğunu qeyd etmişlər. Akademik V. Tuta- yuk şəhərin qədim Sərşəlıər adlanan mərkəzi meydançasında koğuşunda 20 nəfərin durduğu, hündürlüyü 45 m, 950 - 1000 yaşlı çinarın, digər qocaman ağacın Mingis meydançasında olduğunu qeyd edir.

Arxeoloji abidələri. Ordubad dağlarında, Qapıçıq dağının cənııb və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında 5-6 min yaşlı qayaüstü rəsmlər. Vəııənd kəndində qədim yaşayış məskəni. Qəbiristanda qoç formalı qəbirüstü abidələr, orta əsrlərə aid məscid, hamam, kilsə qalıqları, dördbucaqlı formada cümə məscidi (1324). Sabirkənd yaxınlığında m.ə. I minilliyə aid Mərdangöl nckropolu.
Tarixi-mədəni abidələri. Qapıçıq dağının cənub-qərb ətəyində, Qaranquş yaylağında orta əsrlərə aid arxeoloji abidə “Gəmiqaya qəbiristanı”. Biləv kəndi yaxınlığında Biləv qəbiristanlığı (XIV-XVI əsrlər), Babək qalası. Yuxan Əylis kəndində məscid (XVII əsr), orta əsrlərə aid qəbiristan, Varağıt xarabaları. Nüsnüs kəncdində Içəxartala məscidi (XVI əsr). Unus kəndi yaxınlığında monastır (XVII əsr). Dor kəndi yaxınlığında türbə, körpü və hamam qalıqları (XIV əsr). Aşağı Əylis kəndində Müqəddəs Foma Məbədi (XVII əsr). Aza kəndi yaxınlığında körpü (1826), Aza qəbiristanlığı (XIV-XVI əsrlər). Ordubad tarixi-memarlıq qoruğu (XV-XIX əsrlər).
Sabirkənd yaxınlığında Tunc Dövrünə aid nekropol və Subatan-Dizə qədim yaşayış yeri. Plovdağın ətəyində Tunc Dövrünə aid qəbiristanlıq. Qəbirlərdə sağ böyrü üstə basdırılmış insanların yanında çaxmaqdaşından hazırlanmış ox ucluqları, balıq qulağından hazırlanmış muncuqlar tapılmışdır. Ordubad şəhəri yaxınlığında Xarabagilan m.ə. II-I minilliklərə aid yaşayış məskəni, nekropol, orta əsr şəhər yeri. Sabirkənd və Kələntər-Dizə kəndləri yaxınlığında m.ə. IX-VIII əsrlərə aid Mərdangöl nekropolu, m.ə. II minilliyin sonuna aid Xalıkeşan nekropolu. Nekropol daşdan hörülmüş bir sıra trapesiya formalı sərdabədən və dörd- künc formalı qurbangahdan ibarətdir. Ordubad şəhərində orta əsrlərə aid idman oyunları və yarışlarının keçirildiyi bina - Zorxana (“güc-qüvvə evi”). Dər kəndində türbə (XV əsr). Ordubad şəhərində əvvəllər ticarət mərkəzi, sonralar pəhləvanların güləş yarışlarının keçirildiyi yer olan Qeysəriyyə (XVII əsr). Kompleks böyük gümbəzdən və ona bitişik 8 kiçik gümbəzdən ibarətdir. Ordubad şəhərində orta əsrlərə aid cümə məscidi. Çənnəb kəndi yaxınlığında körpü (XIX əsr).