Culfa rayonu print

Culfa rayonu 1950-ci iidə təşkil edilmişdir.
Relyefi. Rayonun şimal sərhədi boyu Zəngəzur silsiləsinin yal hissəsi uzanır. Silsilə Araz çayına doğru alçalaraq Arazboyu düzənliklərə keçir.
Geoloji quruluşu. Rayon ərazisində Tabaşir-Neogen çöküntüləri geniş yayılmışdır.
Çayları və su hövzələri. Çayları Araz hövzəsinə aid olub, əsasən, Əl incə və Qaradərə çaylarıdır. Əlincəçay Zəngəzur silsiləsinin bir zirvəsi olan Dəmirlidağın (3364 m) cənub yamacından axan bulaqların qovuşmasından yaranmış Xəznədərə və Ləkətsu çaylarının birləşməsindən yaranır. Çayın mənbəyi 2800 m yüksəklikdədir. Çayın 7 qolu vardır.
Landşaftları və bioloji müxtəlifliyi. Əsasən, dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ şabalıdı, boz, çəmən-boz, alliivial-çəmən torpaqları yayılmışdır.
Ərazinin çox hissəsinin iqlimi yayı quraq keçən soyuq iqlimdir. Arazboyu ərazilərin iqlimi quru isti, qışı soyuq keçən yarımsəhra və quru-çöl iqlimidir.
Arazboyu düzənlik və alçaq dağlıq sahələrdə səhra və yarımsəhra, orta dağlıqda isə dağ-kserofit, dağ-bozqır, kolluq və seyrək meşəlik bitkilikləri, yüksək dağlıq sahədə isə çəmən-bozqır, meşə, su-bataqlıq, petrofil (qaya-töküntü), subalp və alp çəmən bitkilikləri vardır. Enliyarpaqlı dağ meşələrinə (palıd, göyrüş, vələs) və pulcuqyarpaqlı seyrək arid meşələrinə (ardıc) rast gəlinir. Ərazi florasında kəskiniyli ardıc (Juniperus foetidissima), çəhrayı acılıq (Ephedra aurantiaca), torlu süsən (Iris reticulata), müsəlman süsəni (Iris musulmanica), qurdqulağı süsən (Iris lycotis), üçfutlu nektaroskordum (Nectaroscordum tripedale), zərif buynuzlalə (Glaucium elegans), şamdanvaıi öldürgən (Anabasis brachiata), yevgeni öldiirgəni (Anabasis eugeniae), qafqaz dağdağanı (Celtis caucasica), qrossheym südləyəııi (Euphorbia grossheimii), ikirəng iyli itburnu (Rosa foetida tricolor), iriqanad kuziniya (Cousinia macroptera) və s. nadir və endem bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara qonur ayı (Ursus arctos), avrasiya vaşaqı (Lynx lynx), çöl pişiyi (Felis silvestris), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus eiropaeus), porsuq (Meles meles), daşlıq dələsi (Martes foina), bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus), cırtdan şəbpərə (Pipistrellus pipistrellus), bataqlıq bayquşu (Asio flammeus), səhra zəvzəyi (Hippolais languidae), dam bayquşu (Asio noctua), qarabaş çaydaçalan (Motacilla feldegg), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), dağ kətanquşu (Acanthis flavirostris), adi sığırçın (Sturnida vulgaris), xəzər uları (Tetraogallus caspius), kəklik (Alectoris chukar), radde gürzəsi (Montivipera raddei), müxtəlif növ təlxələr (Hemorrhois sp., Platyceps sp.) və s. daxildir.
Geoloji təbiət abidələri. Dizə kəndindən 14.5 km şimal-qərbdə, Qaradərə çayının sol sahilində, dəniz səviyyəsindən 1020 m yüksəklikdə, çay yatağından 10-15 m hündürdə «Damdamanın daşaltı» karst mağarası. Sahəsi 345 m-dır. Camaldin kəndi yaxınlığında Alməmtnəd mağarası. Culfa dərəsində Paleozoy çöküntülərinin geoloji kəsilişdə özünəməxsus paleontoloji qalıqların alt və üst təbəqələri - Culfa Mərtəbəsi. Dağüstü silsilənin ən yüksək zirvəsi - Darıdağ (1927 m). Burada maraqlı geoloji kəsilişlər, mineral su yatağı vardır. Üst Perm dövrünə aid Dərəşam Mərtəbəsi. Uranites transcaucasicus, Dzulfites spinosus, Shevyrevites shevyrevi, Paratirolites kittli və s. ammonid qalıqları tapılmışdır. Vulkanik mənşəli, əsasən, andezit-dasit süxurlarından ibarət Ilandağ (2415 m). Dağ haçazirvəlidir. Əfsanəyə görə İlandağ Nuhun gəmisinin zərbəsindən bu formanı almışdır.
Arxeoloji abidələri. Qazançı kəndi yaxınlığında, Əlincəçayın hər iki sahilində m.ə. II-I minilliyin əvvəllərinə aid çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarət qala. Ehtimala görə bu ərazidə yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Culfa şəhəri
yaxınlığında Tunc Dövrünə aid Culfa nekropolu. Ərazidən daş qulu qəbirlər, monoxrom və polixrom gil qablar, yüksək sənətkarlıqla hazırlanmış tunc bəzək əşyaları aşkar edilmişdir. M.ə. II minilliyə aid Qazançı qalası. Camaldin kəndi yaxınlığındakı Alməmməd mağarasında 40-50 min il yaşlı Mustye mədəniyyətinə aid lövhələr. Bəyəhməd kəndi yaxınlığında Dəmir Dövrünə aid yaşayış yeri, nekropol.
Tarixi-mədəni abidələri. Gülüstan kəndi yaxınlığında orta əsrlərə aid Cuğa nekropolu. Gülüstan türbəsi (XIII əsr), Cuğa Karvansarası (XIII əsr). Qazançı kəndində orta əsrlərə aid Qazançı nekropolu, Qazançı körpüsü (XV əsr), hamam (XVII əsr), məscid (XIX əsr). Xanağa kəndi yaxınlığında Əlincəqala (XIII əsr), Əlincəçay xanəgahı (XIII əsr). Bəyəhməd kəndi yaxınlığında Dəmir Dövrünə aid Bəyəhməd I yaşayış yeri, erkən orta əsrlərə aid Bəyəhməd II, Bəyəhməd III yaşayış yerləri. Bəyəhməd nekropolu. Gal kəndi yaxınlığında ilandağın şərq yamacında, sıldırım qayalarla əhatə olunmuş Ilandağ (Nəbiqalası) qədim yaşayış yeri (XI-XVIII əsrlər). Əlincə kəndində orta əsrlərə aid təkyə (dərviş hücrəsi). Kima kəndində cümə məscidi (XII əsr).