Babək rayonu print

1978-ci ilədək Naxçıvan rayonu adlanırdı. Babək rayonu qədim yaşayış məskənlərindəndir. Ərazidən Eneolit, Tunc, Dəmir dövrlərinə və antik dövrlərə aid arxeoloji tapıntılar, qədim duzdağ yatağı, yaşayış yerləri, nekropollar və digər maddi-mədəniyyət izləri tapılmışdır. Ərazi orta əsrlərə aid qalalarla (Çalxanqala, Vayxur, Əznəbürt, Abbasabad və s.) zəngindir.
Relyefi. Rayonıın relyefi şimalda və şərqdə, qismən dağlıq ərazilərdən ibarətdir. Belə ki, şimal hissə Düzdağ (Anabad Gədik d., 2081 m) və Dərələyəz silsilələrindən (Buzqov d., 2475 m), Qızılboğaz dağlarından (Qızılboğaz d.,1179 m) ibarətdir. Şərq hissə Zəngəzur silsiləsindən ayrılan qol və tirələrdən (Nəhəcir d., 1807 m) ibarətdir. Cənub ərazidə Gülüstan düzü (Noxuddağ, 1677 m) yerləşir. Rayonun qərb hissəsini Naxçıvan düzü təşkil edir. Mərkəzi hissə, cənub və cənub-qərb ərazilərdə maili düzənliklər yayılmışdır. Bunlar Naxçıvan düzü, Böyükdüz və Gülüstan düzləridir.
Geoloji quruluşu. Düzənliklərdə Antropogen, dağlıq yerlərdə, əsasən, Neogen süxurları yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Araz, Cəhri, Sirab, Qahab çaylarıdır. Cəhriçaym mənbəyi Dərələyəz silsiləsində (2320 m) yerləşir. Sirabçay və Qahabçay Naxçıvançayın sol qollarıdır. Bu çaylar, əsasən, yağış və qrunt suları ilə qidalanır. Mineral bulaqlarla (Sirab, Vayxıı, Qahab) zəngindir.
Landşafları və bioloji müxtəlifliyi. Boz və çəmən-boz, şimal ərazilərdə dağ-şabalıdı torpaqlar yayılmışdır.
İqlimi cənub ərazilərdə yayı quraq keçən soyuq yarımsəhra və quru- çöl, şimal ərazilərdə isə yayı quraq keçən soyuqdur. Ərazidə yay isti, qış isə soyuq keçir.
Burada bitkiliyin səhra, yarımsəhra, dağ-kserofit (friqana), dağ-bozqır, kolluq, çala-çəmən və subasar-çəmən, su-bataqlıq, petrofıl (qaya-töküntü) tipləri inkişaf etmişdir. Ərazi florasında İran qulançarı (Asparagus persicus), isayev şiyavı (Stipa issaevii), qaryagin şiyavı (Stipa karjaginii), suyayatmış buynuzyarpaq (Ceratophyllum demersum), alabəzək allaxruza (Allochrusa versicolor), pont yemişanı (Crataegus pontica), çoxbölümlü biberşteyn (Biebersteinia multifida), çılpaq dorema (Dorema glabrum), yumurtavari ilankölgəsi (Ferula oopoda) və s. nadir və endem bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara İran bəbiri (Panthera pardus), Avrasiya vaşaqı (Lynx lynx), çöl pişiyi (Felis libyca), canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), porsuq (Meles meles), daşlıq dələsi, bezoar keçi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), ağdöş kirpi (Erinaceus concolor), hind tirəndazı (Hystrix indica), qonur palazqulaq yarasa (Plecotus auritus), saqqallı qartal (Gypaetus barbatus), bataqlıq bayquşu (Asio flammeus), adi sığırçın (Sturnus vulgaris), səhra zəvzəyi (Hippolais languidae), kəklik (Alectoris chukar), dovdaq (Otis tarda), böyük və kiçik qayalıq sittası (Sitta tephronota, S.neumayer), bəzgək (Otis tetrax), dağ kətanquşu (Acanthis flavirostris), təlxə, su ilanı (Natrix natrix), qara və sarı əqrəblər (Androctanus crassicauda, A.australis), bövlərdən (solpuq) Phagodes caucasicus, orta dağlıq ərazilərdə Gluviopsis nigrocinctus, Araz su qovşağının su anbarında çoxlu balıq növləri və s. daxildir.
Geoloji təbiət abidələri. Sirab kəndi yaxınlığında Daşqala mağarası. Qahab kəndi yaxınlığında Qaçaq Ağababa mağarası. Naxçıvan şəhəri yaxınlığında Ilandağ və Nəhəcır dağları arasında “Əshabi-Kəhf’ (“Mağara adamları") mağara-ziyarətgahı, eyniadlı mineral su bulağı. Türkiyə və Suriya ərazilərində də eyniadlı yer mövcuddur. Xristian və islam mənbələrində bu əfsanə haqda məlumatlar vardır (“Qurani-Kərim"-in “əl-Kəhf' surəsi). Xristian əfsanəsinə görə Roma İmperatoru Detsiy Trayan (249-251) Efes şəhərinə (indiki İzmir, Türkiyə) gələrək bütlərin şərəfinə qurban kəsməyi əmr edir. Efes zadəganlarından olan bir qrup gənc bundan imtina edir. Məlum olur ki, onlar xəlvəti xristianlığa sitayiş edirlər. Öz inanclarına sadiq qalan bu 7 gənc gizlicə şəhəri tərk edərək dağlıq ərazidəki bir mağarada (Keşiş-Dağ, Uludağ) gizlənirlər. Qəzəblənən imperator mağaranın girişini hörməyi əmr edir. Gənclər yuxuya gedərək 200 il mağarada yatdıqdan sonra adi yuxudan oyanırmış kimi ayılmışlar. Dostlardan biri (Diomed) bazara çörək dalınca gedərərək çörək haqqım ödəyərkən o qədim dəfinəni gizlətdiyi şübhəsi ilə həbs edilərək xristian imperator Feoisiyin hüzuruna gətirilir. Gənclər yenidən uyuyaraq qiyamət gününədək yatacaqlarını bildirirlər.
İslam əfsanəsinə görə Allaha inanan gənclər mağarada gizlənmiş, Allah onları yatırtmış, 300 ildən sonra oyatmışdır. Gənclər ayıldıqdan sonra yad dünyanı görərkən əbədi yuxuya getmişlər.
Qazan yaylağının qərb ətəklərində Salaxana karst mağarası. Bu mağarada 1000 baş qoyun saxlamaq mümkündür.
Nehrəm kəndi yaxınlığında, kənd dərəsindən 1230 m yüksəklikdə, ümumi sahəsi 180 m2 olan Nehrəm Mağarası (“Kənd dərəsinin kuhulu”). Sirab kəndi yaxınlığında Daşqala dağının cənub yamaclarında dəniz səviyyəsindən 1480 m yüksəklikdə, ümumi sahəsi 350 m2 olan Daşqala Mağarası. Mağara dolomitşəkilli əhəngdaşından əmələ gəlmişdir.
Ərazidə kəhrizlər geniş yayılmışdır. Burada 80-ə yaxın kəhriz mövcuddur. Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün maili lağımdan ibarət yeraltı hidrotexniki sistemdir.
Naxçıvanda yayılmış əfsanəyə görə Nuh Peyğəmbərin gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə gəminin qalıqları indi də burada, “Ayı Çuxuru” adlanan yerdədir. Digər rəvayətə görə Nuhun və qarısının qəbri buradadır. “Nuhdaban” adlı qədim kəndin xarabalığı, Nəhəcir (“Nuhəcir”) dağı və kəndi vardır.
Bir sıra şərq səyyahları (Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi) əsərlərində Naxçıvan şəhərini Nəqşi-Cahan adlandırırlar. “Nəqş” ərəbcə rəsm, təsvir, bəzək, “Cahan” farsca dünya deməkdir. Naxçıvan sözü çox gözəl yer, “dünyanın bəzəyi” deməkdir. Bu şəhər XII-XIII əsrlərdə Eldənizlər İmperiyasının paytaxtı olmuşdur.
Arxeoloji abidaləri. Naxçıvan şəhərinin kənarında Tunc Dövrünə, antik və orta əsrlərə aid Naxçıvan nekropolları. Kültəpə kəndi ərazisində Eııeolit-Erkən Dəmir Dövrünə aid (m.ə. IV minillik - m.ə. l minillik) Kiiltopə yaşayış yeri. Naxçıvan şəhəri yaxınlığında Arazın sol sahilində Tunc Dövrünə (m.ə. Ill - II minilliklər) aid Govurqala yaşayış yeri. Mərkəzi hissədə narınqala yerləşir. Əhalisi əkinçilik, maldarlıq, metalişləmə, dulusçuluq ilə məşğul olmuşdur. Çalxanqala kəndi yaxınlığında Tunc Dövrünə aid Çalxanqala yaşayış yeri, m.ə. II minilliyə aid Çalxanqala kurqanları. Bö- yükdüz kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid yaşayış yeri, nekropol. Yuxarı Uzunoba kəndində Tunc Dövrünə aid Kültəpə abidəsi. Naxçıvan şəhəri yaxınlığında, Qızılburun nekropolu yaxınlığında orta əsrlərə aid Qızılvəng məbədi. Məbəd yaxşı yonulmuş qırmızı daş və bişmiş kərpicdən tikilmişdir. Əsas kilsə binasının daxilində dini məzmunlu 18 şəkil vardır. Naxçıvan şəhəri yaxınlığında Tıınc Dövrünə aid Çalxanqal qalası. İri qaya daşlarından borkidici məhlul işlədilmədən hörülmüşdür. Tunc Dövrünün siklop tikililərinə aid olan bu qalanın uzunluğu 450 m, hündürlüyü 3 m, eni 3 m-dir. Qaraqala kəndi yaxınlığında Tunc və erkən Dəmir Dövrlərinə aid Qaraqala yaşayış yeri, orta əsrlərə aid Qaraqala nekropolu. Buzqov kəndi yaxınlığında m.ə. II minilliyə aid Buzqov nekropolu. Vayxur kəndi yaxınlığında m.ə. II minilliyə aid Vayxur nekropolu, Gavurqala.
Tarixi-mədəni abidələri. Nehrəm kəndində türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleks - Nehrəm imamzadəsi. Rəvayətə görə burada şiələrin yeddinci imamı Musa əl-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Cəhri kəndi yaxınlığında işıqlar yaşayış yeri (III-XVIII əsrlər). Naxçıvan şəhəri yaxınlığında, Araz sahilində hərbi istehkam tipli Abbasabad qalası. Beşbucaq şəkilli, bürclü qala fransız mütəxəssislərinin layihəsi əsasında tikilmişdir (1810). Araz su qovşağı tikilərkən su altında qalmışdır. Şıxmahmud kəndi yaxınlığında antik dövrə aid Şıxmahmud nekropolu.