Ana səhifə » Hüceyrəli formalar » Eukariotlar (Eucaryota) » Bitki (Vegetabilia, Phytobiota və ya Plantae)

Bitki (Vegetabilia, Phytobiota və ya Plantae)

Bitki Aləmi bir sıra xarakterik xüsusiyyətlərə malikdir:

- Avtotrof (fototrof) qidalanma tipi. Burada miksotrof (həşəratyeyən bitkilər) və heterotrof (parazit bitkilər) növlər də mövcuddur.
- Bitki hüceyrəsinin təşkilati strukturundakı spesifik əlamətlər: sellülozadan ibarət hüceyrə divarlarının, plastidlərin, iri vakuolların mövcudluğu. Burada əsas ehtiyat maddəsi nişasta olur.
- Hərəkətsiz, bağlanmış həyat tərzi. Buna görə də bitkilərdə sümük, əzələ və əsəb sistemi yoxdur. Bitkilərin hərəkəti onların bədənlərinin müəyyən hissələrinin hərəkəti ilə bağlı olur: kök və gövdənin inkişaf hərəkətləri, sutkanın vaxtından və işıqlanma dərəcəsindən asılı olaraq yarpaqların hərəkəti və s.
- İnkişafın bütün ömür boyu və yalnız bədənin müəyyən hissələrində olması.
- Haploid (hametofit) və diploid (sporofit) inkişaf fazalarının bir-birini əvəz etməsi.
- Xüsusi ekskretor (lazımsız və zəhərli maddələri orqanizmdən kənarlaşdıran) orqanların faktiki olmaması.
- Yayılma sükunət halında olan sporlar və toxumlar vasitəsilə həyata keçir.

Bitkilər 2 hissəyə bölünür: ibtidai və ali. İbtidai bitkilərdə bədən (tallom) toxuma və orqanlara bölünmür. Qırmızı yosunlar, əsl yosunlar və şibyələr onlara aiddir. Ali bitkilərin bədəni məxsusi toxumalardan yaranmış kök, gövdə, yarpaq kimi orqanlara bölünmüşdür. Mamırkimilər, Plaunkimilər, Qatırquyruğukimilər, Qıjıkimilər, Çılpaqtoxumlular və Örtülütoxumlular (Çiçəklilər) ali bitkilərə aid edilir. Birinci 4 şöbə nümayəndələri sporlar vasitəsi ilə, yerdə qalanlar isə toxumlar vasitəsi ilə yayılır.

Bitki müxtəlifliyini təsvir etmək üçün bitki Aləminin taksonomik təsnifatından istifadə edilir. 

Bitki Aləminin taksonomik təsnifatı




    • Bioloji müxtəliflik həyatından..

    • Grand opening of Stoilensky’s pelletizing plant

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır