Şibyələr (Lichen)

Torpaq şibyəsi
Torpaq şibyəsi
Daş üzərində inkişaf edən şibyə
Daş üzərində inkişaf edən şibyə
Gövdə üzəridə inkişaf edən şibyələr
Budaqda inkişaf edən şibyə
Qabıq-qazmaq şibyə
Qabıq-qazmaq şibyə
Yarpaq şibyə
Yarpaq şibyə
Kolvari şibyə
Kolvari şibyə
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m
Azərbaycanın alp-subnival qurşağı, Bazardüzü dağının ətəkləri, 3800 – 4000 m

Şibyələr mürəkkəb orqanizmlərdir. Hazırda planetdə 30 000-dən çox şibyə növü müəyyən edilmişdir. Bu siyahı hər il artmaqdadır. Lixenoloqlar onları növ adlandırır. Lakin şibyələr bitki və heyvan növlərindən fərqlidir. Çünki şibyələr yaşıl, göy-yaşıl (sianobakteriya), bəzən sarı-yaşıl və qonur yosunlarla kisəli göbələklərin, bəzən isə bazidiomisetlərin və azottutucu bakteriyaların birgə (simbioz) yaşayışından meydana gələn xüsusi bir bitki qrupudur.

Şibyənin quruluşu və yayılma mexanizminin struktur təsviri

Şibyələr digər bitkilərdən cisimlərin simbiotikliyi, yosun və göbələklərdə olmayan, yalnız şibyələrə xas olan maddələrin olması, çoxalması və çox ləng böyüməsi ilə fərqlənir. Göbələk hifləri suyun və mineral maddələrin udulmasını, yosun-fotosintez prosesini, azotobakteriya isə atmosfer azotunun udulmasını həyata keçirir. Şibyənin bədənindəki yosun üzvi maddələrin produsenti, göbələk isə redusenti rolunu oynayır. Şibyələr çoxillik bitkilərdir. Onlar torpaqda (epihey), daşlarda (epilit) və ya ağacların gövdə və budaqlarında inkişaf edərək lazım olan rütubəti havadan götürür.

Şibyələr vegetativ, qeyri-cinsi və cinsi yolla çoxalır. Çoxalma bu yollar vasitəsilə baş verir: şibyə gövdəsinin parçaları başqa yerlərə yayılaraq məskunlaşır və inkişaf edir. Onlar xüsusi sorediyalar və izidiyalar vasitəsi ilə də çoxalır. Sorediya göbələk hifləri ilə bir-birinə sarılmış bir və ya bir neçə yosun hüceyrəsindən ibarətdir. Sorediyalar, adətən, kompakt toplular olan soraliyalar əmələ gətirir. İzidiyalar sadə və şaxələnmiş fırlar (şişlər) olub daxili hissəsi yosun, xarici hissəsi isə göbələk hifindən ibarət qabıqdan ibarətdir. İzidiyalar asanlıqla parçalanaraq sorediyalar kimi külək vasitəsi ilə yeni ərazilərə yayılıb yeni simbiont sistemlərə əsas verir. Bundan əlavə, şibyələr sporlarla da çoxalır. Sporlar göbələyin meyvə cisimlərində yaranır. Sporlar vasitəsi ilə yalnız göbələk komponenti yayılır. Belə hallarda yalnız göbələk sporu ona uyğun olan birhüceyrəli yosunla rastlaşdığı zaman yeni şibyə fərdi inkişaf edir. Bəzi hallarda konkret şibyə növünə aid olan şibyə yosunu inkişafın ilkin mərhələsində meyvə cisminə daxil olaraq orada çoxalır və göbələk sporu ilə birlikdə səpilir. Adətən, hər bir şibyə növünə konkret yosun növü uyğun olur.   

Bəzi şibyə növlərinə dənizlərin dayaz hövzələrində rast gəlinir. Məhsuldar olmayan ərazilərdə məskunlaşan şibyələr məhv olaraq çürüntü yaradır. Bu da öz növbəsində ərazidə digər orqanizmlərin məskunlaşmasını asanlaşdırır. Şibyələr bütün botaniki-coğrafi zonalarda yayılmışdır. Onlara hər yerdə, hətta soyuq Arktika buz səhralarında, Antarktidanın dağ süxurlarında rast gəlinir. Lakin onların ən çox yayıldığı ərazilər tropik qurşaq, tundra və yüksək dağlıq ərazilərdir.

Bədən quruluşuna görə şibyələr qabıq (qazmaq), yarpaqşəkilli və kolcuqşəkilli şibyələrə ayrılır. Onların əksəriyyəti hiflər tərəfindən formalaşmış sıx qabıqdan ibarətdir. Burada tənəffüs üçün xüsusi məsamələr (dəliklər) vardır. Qabıq havadakı rütubətin udulmasına şərait yaradır, şibyəni ifrat soyuq (-50°C-ə qədər) və ifrat isti (+60°C-ə qədər) şəraitlərin mənfi təsirlərindən qoruyur.

Arktika və yüksək dağlıq ərazilərdə yayılmış şibyələrin illik böyümə sürəti isə millimetrin hissələri qədər olur. Bu baxımdan, bəzi şibyələr 10000 ilədək yaşayır. Ən zəif inkişaf sürəti qazmaqşəkilli (qabıq) şibyə növlərində rast gəlinir. Onların (əsasən, Rhizocarbon, Aspicilia, Lecanora və s. cinslər) bu xüsusiyyətindən lixenometriyada istifadə olunur. Eyni şibyə növünün inkişaf sürəti ərazinin konkret fiziki-coğrafi şəraitindən, fərdlərin yaşından asılıdır. Ümumiyyətlə, zəif inkişaf edən qaya (epilit) şibyələrinin alp qurşağı ərazisində tarazlıq vəziyyəti 4 – 10 min il əzində formalaşır. Şibyələr inkişaf sürətinə görə də fərqlənir. Tropik qurşaqda rast gəlinən bəzi kolvari növlər nisbətən böyük inkişaf sürətinə malik olub, 10 sm və daha çox illik xətti artıma malikdir.

Şibyələr özündə polisaxaridləri və piy turşularını toplayır. Onların bəziləri heyvanlar tərəfindən yeyilir. Şimal marallarının əsas qidasını şibyələr təşkil edir. Əczaçılıq, parfümeriya və kimya sənayesində şibyələrdən geniş istifadə olunur. Şibyələr təbiətdə mühüm rol oynayır. Onlar atmosferin təmizlik indikatorlarıdır. Şibyələr 2 sinfə bölünür: kisəli şibyələr (Ascolichenes) və bazidili şibyələr (Basidiolichenes). Kisəli şibyələr daha geniş yayılmışdır.

İndiyədək Azərbaycan lixenoflorasında 1000-ə qədər şibyə növü təsvir edilmişdir. Lecanoraceae (61 növ), Lecideaceae (54 növ), Physciaceae (50 növ), Parmeliaceae (40 növ) daha zəngin fəsilələrdir. Ölkə ərazisində yayılmış 13 növ şibyə "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə daxil edilmişdir: əyilmiş kladoniya (Cladonia strepsilis), nemotal lekanora (Lecanora nemoralis), çoxsporlu lekanora (Lecanora multispora), gözəl bilimbiya (Bilimbia pulchra), alp stereokaulonu (Sterecaulon alpinum), barmaqvari heterodermiya (Heterodermia dactyliza), Elburs anaptixiyası (Anaptychia elbursians), Atlantika tornabeniyası (Tornabenia atlantica), dağ ramalinası (Ramalina montana), İslandiya setrariyası (Cetraria islandika), alabəzək usneya (Usnea florida), uzun usneya (Usnea longissima), ciyərəoxşar lobariya (Lobaria pulmonaria). Lixenofloramızda rast gəlinən şibyələrin yarıdan çoxu epifit (ağac və kolların gövdə və budaqlarında yaşayan), 40%-ə qədər epilit (daş və qayaların səthində yaşayan), 10%-dən çox epigey (torpaq səthində yaşayan), cüzi hissəsi (7%) isə epiksil (yalın və ya emal olunmuş oduncaq üzərində yaşayan) şibyələrə aiddir.  Şibyələr atmosfer çirklənmələrinə qarşı həssas indikatordur. Sənaye sahələri və çirklənmiş ərazilərdə epifit şibyələrə rast gəlinmir. Şibyələr aşağı qurşaqdan (12 növ) subnival qurşağadək (18 növ), ən geniş surətdə isə aşağı dağlıqda (70 növ) yayılmışdır.

                                                                       

                                           Azərbaycanda yayılmış şibyələrin təsnifatı (Novruzov V., 1990)

Fəsilələr

Növlər (600-dən çox)

Acarosporaceae

Sarcogyne regularis, Acarospora cervina, A.fuscata, A.badio, A.badiofusca, A.peliscypha, Glypholecia scabra, Thelocarpon laureri və s.

Agyriaceae

Xylographa abietina və s.

Arthonicaeae

Artronia didyma, A.dispersa, A.dispuncta, A.elegans, A.lurida, A.tumidula, A.spadicea, A.radiata, A.patellulata, A.mediella, Arthothelium spectabile və s.

Aspicilliaceae

Aspicilia alpina, A.alphoplaca, A.caesiocinerea, A.calcarea, A.cinerea, A.contorta, A.cupreoatra, A.desertorum, A.lacteola, A.laevata, A.myrini, A.perradiata və s.

Baeomycefaceae

Icmadophila ericetorum

Caliciaceae

Calicium abietinum, C.italicum, C.pallescens, C.subtile, C.quercinum, Coniocybe gracilenta, C.furfuraceae, Sphinctrina anglica, Chaenotheca chrysocephale və s.

Candelariaceae

Candelariella medians, C.reflexa, C.vitellina, C.aurella, Candelaria concolor və s.

Chrysotricdaceae

Chrysotrix chlorina

Cladoniaceae

Cladonia botrytes, C.chlorophaea, C.cornuta, Cladina arbuscula, C.rangiferina və s.

Clathroprorinaceae

Belonia herculina, Porina aenea

Collemataceae

Collema crispum, C.cristatum, C.fragrans, C.flaccidium, C.granulatum, C.tenax, Leptogium azureum, L.cyanescens, L.sinuatum, L.saturninum, L.cyanescens və s.

Gyalectaceae

Dimerella barchalovii, D.diluta, Gyalecta flotovii, G.trucigena, G.ulmi

Graphidaceae

Graphis albinata, G.scripta, G.tenella, G.tenuissima

Heppiaceae

Peltula euploca

Hypogrymniaceae

Hypogymnia physodes, H.intestiniformes, H.tubulosa, Pseudevernia furfuracea və s.

Lecanactidaceae

Catinaria grossa, Lecanactis abietina, L.deminuens, L.premnea və s.

Lecideaceae

Lecidella euphorea, L.anomaloides, L.euphorea, Lecidea betulicola, L.botryosa, L.convexa, L.exigua, L.fuscoata, L.lactea, L.lapicida, L.pullata, L.speirea, Huilia cinereoatra, H.macrocarpa, Hypocenomyce friesii, Fuscidea cyatoides, Psora desipiens, P.lurida, Catillaria athalina, C.atropurpurea, C.globulosa, C. intermixta, C.silvestris, Cliostomum griffithii, Bilimbia naegelii, Bacidia acerina, B.albescens, B.assulata, B.borboredes, B.polychroa, B.rubella, Toninia candida, T.coeruleonigricans, Rhizocarpon alpicola, R.obscuratum, R.germanium, R.reductum və s.

Lecanoraceae

Lecanora allophana, L.atra, L.badia, L.campestris, L.cenisea, L.dispersa, L.expallens, L.glabrata, L.intricata, L.muralis, L.oxneri, L.pallida, L.populicola, L.rupicola, L.sambuci, Placodium radiosum, P.configuratum, Squamarina crassa, S.lentigera, S.gypsacea, Rhizoplaca peltata, R.peltata, Lecania cyrtella, L.erycibe, L.dubitans, L.globulosa, L.koerberiana, L.turicensis, L.triseptata, Haematomma elatinum, H.ventosum və s.

Lichenes imperfecti

Leprarari candelaria, L.incana, L.latebrarum, Leprocaulon microscopium və s.

Lobariaceae

Lobaria amplissima, L.pulmonaria

Melaspileaceae

Melaspilea arthonoides

Micocalisipaceae

Cyphelium tigillare

Micareacea

Scolicorum chlorococcum, Micarea melaena və s.

Nephromiaceae

Nephroma helveticum, N.parile, N.resupinatum

Opegraphaceae

Opegrapha arta, O.cinerea, O.diaphora, O.devulgata, O.viridis, O.lichenoides, O.fufescena , O.niveoatra, O.pulicaris, O.rufescena  və s.

Pannariaceae

Pannaria conoplea, P.leucophae

Pertusariaceae

Pertusaria albescens, P.alpina, P.amara, P.carneopallida, P.chiodectonoides, P.constricta, P.flavida, P.lactea, P.laevigata, P.globulifera, P.pertusa, P.velata, P.hemispherica, Ochrolechia parella O.pallescens, O.tartarea, O.upsaliensis və s.

Pleosporaceae

Arthopyrenia cerasi, A.gricea, A.stenospora, A.punctiformis, A.personnii, A.lapponina, Dermatina microscopia, Leptorhaphis atomaria, L.quercus, L.epidermidis, Polyblasttiopsis subcoerulescens, Mycomicrothelia atomaria, M.micula, Microthelia betulina və s.

Peltigeraceae

Peltigera apthosa, P.canina, P.scutata, P.malacea, P.lepidophora, P.malacea, P.mauritzii, P.rufescens, P.spuria, P.venosa, Solorina bispora, S.saccata və s.

Placynthiaceae

Placynthium nigrum

Physciaceae

Buellia disciformis, B.geophilla, B.punctata, Diplotomma alboatrum, D.betulinum, D.epipolium, Rinodina archaea, R.badiella, R.calcarea, R.exigua, R.milvina, R.ocellata, R.pyrina, R.sophodes, R.teichophila, Dimelaena oreina, Phaeophyscia ciliata, P.hispidula, P.nigricans, P.sciastra, Physcia adscendens, P.aipolia, P.biziana, P.caesia, P.clementi, P.dimidiata, P.desertorum, P.dubia, P.semipinnata, P.subnuda, P.tenella, P.tribacia, Physconia caucasica, P.muscigena, P.gricea, Physciopsis adglutinata, Anaptychia setifera, A.ciliaris, Heterodermia dactyliza, H.leucomela, H.speciosa, Tornabenia atlantica və s.

Parmeliaceae

Parmeliopsis ambigua, Parmelia acetabulum, P.borreri, P.glabra, P.cetrata, P.elegantula, Cetrelia olivetorum, Cetraria cucullata, C.islandica, C.nivalis, Dactylina madreporiformes

Phlyctidaceae

Phlyctis agelaea, P.argena və s.

Pyrenulaceae

Pyrenula dermatodes, P.laevigata, P.nitida, Eopyrenula leucoplaca

Ramalinaceae

Ramalina calicaris, R.dilacerata, R.farinacea, R.fastigiata, R.fraxinea, R.pollinaria və s.

Siphulaceae

Thamnolia vermicularis

Strigulaceae

Acrocordia gemmata, Strigula glabra, S.stigmatella

Stereocaulaceae

Stereocaulon alpinum

Teloschistaceae

Caloplaca alociza, C.aurantia, C.caesiorufa, C.cerina, C.cerinella, C.citrina, C.coronata, C.desipiens, C.holocarpa, C.saxicola, C.pollini, C.rubelliana, Fulgensia fulgens, Xanthoria aureola, X.candelaria, X.elegans, X.polycarpa, X.parietina,Teloschistes lacunosus və s.

Thelotremataceae

Diploschistes gypsaceus, D.ocellatus, D.scruposus

Umbilicariaceae

Umbilicaria cylindric, U.decussata, U.deusta, U.grisea, U.polypfylla, U.vellea və s.

Usneaceae

Evernia prunastri, Cornicularia aculeata, C.mormoerica, C.steppae, Bryoria capillaris, B.bicolor, B.implexa, B.lanestris, B.subcana, Usnea articulata, U. Florida, U.hirta və s.

Verrucariaceae

Thelidium papulare, T.velutinum, Verrucaria acrotella, V.applanata, V.glaucina,V.muralis,V.nigrescens, V.umbrinula, Endopyrenium hepaticum, E.rufescens, E.monstrosum, Dermatocarpon vellereum, D.miniatum, Endocarpon adscendens və s.




    • Bioloji müxtəliflik həyatından..

    • Grand opening of Stoilensky’s pelletizing plant

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır

    • Burda xəbər başlığı olmalıdır

      Burda xəbər başlığı olmalıdır