Cins: Stellaria - Cincilim print

Tropik ölkələr istisna olmaqla dünyanın hər yerində yayılan 100-dən çox növü vardır. Azərbaycanda bütün rayonlarda 5 növünə rast gəlinir. Onlara arandan subalp qurşağınadək alaq bitkisi kimi, rütubətli torpaqlı ərazilərdə, meşə və kolluqlarda təsadüf olunur. Cinsin növlərinin təyinində ləçəyin olub-olmaması, ölçüləri, gövdəsinin əlamətlərindən istifadə olunur. Qida və bal verən növləri vardır. Mal-qara tərəfindən yeyilir, bəzi növləri zəhərlidir.