Cins: Spergularia - Cinlicə print

Dünyanın əksər ölkələrində, əsasən, dənizsahili, şoran torpaqlı ərazilərdə 20 növü yayılmışdır. Azərbaycanda aran və dağətəyi, çox az hallarda isə orta dağ qurşağı rayonlarında şoran torpaqlı yerlərdə rast gəlinən 4 növü vardır. Cins daxilində növlərin fərqləndirilməsində, əsasən, çiçək və toxumun əlamətlərindən istifadə olunur.