Cins: Cerastium - Dəli cincilim print

Dünyanın hər yerində yayılan 100-dən çox növü var. Azərbaycanda 25 növü qeydə alınmışdır. Cinsin növlərinə Azərbaycanın bütün rayonlarında arandan alp qurşağınadək müxtəlif bitmə şəraitində, ən çox çınqıllı yamaclarda, çəmənlərdə, kolluqlarda rast gəlinir. Bir və çoxillik otlardırlar. Növləri bir-birindən əsasən çiçəyin əlamətləri ilə fərqləndirilir.