Cins: Sagina - Mamırca print

Hər iki yarımkürənin soyuq və mülayim iqlimli ölkələrində 8 növü yayılmışdır. Azərbaycanda 3 növü vardır. Onlar Böyük Qafqaz, Naxçıvan və Lənkəran regionlarında, arandan alp qurşağınadək rütubətli qayalı yamaclarda bitir. Cinsin növlərinin təyinində kasa yarpaqlarının, ləçəklərin sayı və əlamətlərindən istifadə olunur.