Cins: Elisanthe - Mürgüotu print

Avropanın mülayim qurşağında yerləşən ölkələrində və Qafqazda 3 növü yayılmışdır. Azərbaycanda 2 növü var. Onlara respublikanın əksər rayonlarında orta (nadir hallarda yuxarı) dağ qurşağınadək meşə və kolluqlarda, bəzən alaq bitkisi kimi əkinlərdə rast gəlinir. Cinsin növləri bir-birindən çiçək qruplarının və kasacığının formasına görə fərqlənir.