Növ: Bongardia chrysogonum - Qızılı bonqardiya print

Bu növ Azərbaycanın aran və aşağı dağ qurşağı regionlarında, xüsusən Xəzərətrafı Abşeron, Qobustan, Kür-Araz ovalığı və Bozqır yayla adlanan botaniki rayonlarda quraq yamaclarda, əkin sahələrində, dincə qoyulmuş yerlərdə bitir. Əsas əlaməti şarşəkilli, üzəri qırışıqlı kök yumrusuna malik olmasıdır. Əvəlik dadı verən, C vitamini ilə zəngin kök yumrusu qızardılaraq yeyilir. Gövdəsi 10-30 sm hündürlükdə olub, budaqlanandır. Ekoloji cəhətdən təmiz yamaclarda, xeyli dərəcədə torpaq səthindən dərində yerləşir.

https://www.plantarium.ru/page/image/id/708134.html