Fəsilə: Hydrocharitaceae - Suboyarlar print

Fəsilənin 13 cins üzrə 100-dən çox növü vardır. Azərbaycanda yabanı halda Hydrocharis Valisneria cinslərinə, akvarium bitkisi kimi isə Elodeya cinsinə rast gəlinir. Şirin sularda, bəzi növləri isə dənizlərdə yayılmışdır. Çoxillik bitkilərdir. Yarpaqları su üzərində üzür, bəzi növlərdə suya batmış vəziyyətdə olur. Çiçəkləri 3 üzvlü, əksərən bircinslidir. Əsasən, ikievli bitkilərdir. Çiçəkyanlığı 3 kasa yarpağı və 3 ləçəkdən ibarətdir. Erkəkcikləri 3 və ya 3-ə bölünən sayda, yumurtalıq alt vəziyyətdədir. Meyvəsi giləmeyvəyə bənzər olub, yetişəndə açılır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.