Cins: Allochrusa - Alloxruza print

Cənubi-Şərqi və Mərkəzi Asiya ölkələrində 6-7 növü yayılmışdır. Azərbaycanda 2 növü vardır. Cinsin növləri bir-birindən kasayarpağının tükcüklərlə nə dərəcədə örtülü olması və yarpağın forması ilə seçilir. Dekorativ bitkilərdir, quraq ərazilərin yaşıllaşdırılmasında istifadə oluna bilər.