Cins: Dianthus - Qərənfil print

Fəsilə daxilində ən iri cinslərdəndir. Avroasiya, Cənubi Afrikada, az sayda Şimali Amerikada yayılan 300-dən çox növü vardır. Növlərinin ən geniş yayılan ərazisi Aralıq dənizi ölkələridir. Azərbaycanda 20 yabanı qərənfil növü vardır. Qərənfilin yabanı növlərinə arandan başlamış yuxarı dağ qurşağına kimi meşə və kolluqlarda, çəmən və qayalıq yerlərdə rast gəlinir. Kasa yarpaqları bitişikdir. Kasacığın altında onu əhatə edən 2-8 ədəd çiçəkaltlığı yarpaqları olur. Ləçəyin dırnaqcığı uzundur, büküyü əlvandır, tam və ya dişlidir. Erkəkciyi 10, sütuncuğu 2-dir. Dekorativ bağçılıqda geniş istifadə olunur.