Fəsilə: Lemnaceae - Sugülüçiçəklilər print

Fəsilə 6 cins üzrə 30 növü əhatə edir. Bunların əksəriyyəti kosmopolit areala malikdir. Cinslərin növlərində vegetativ orqanlar və çiçək üzvləri reduksiya olmuşdur. Yarpaq və köklər xırda ölçülüdür. Kök budaqlanan sapşəkillidir, bitkinin suda üzməsinə kömək edir. Əksərən vegetativ yolla çoxalır, çiçək qrupu (qıça) kiçikdir, sarğı yarpağı yoxdur və ya 1 ədəd olub pərdəşəkillidir. Qıçada çiçək yanlıqsız 1-2 çiçək olur. Bitki qış aylarında suyun dibinə çökür, yazda isə suyun üzərinə qalxır. Cinslər bir-birindən köklərin quruluşu ilə fərqlənirlər. Azərbaycanda 3 cins üzrə  5 növ yayılmışdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.