Fəsilə: Aristolochiaceae - Zəravəndkimilər print

Çiçəkləri ikicinslidir, müntəzəmdir. Çiçəkyanlığı sadə və 3 üzvlüdür. Yumurtalığı alt və ya yarımalt vəziyyətdə olub, 6 yuvalıdır. Meyvəsi çoxtoxumlu qozacıqdır. Dünyada 10 cins üzrə 600-dən çox növü məlumdur. Azərbaycanda 1 cinsi vardır.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.