Cins: Phegopteris print

Şimal yarımkürəsinin dağ meşələrində rast gəlinən 15 növü var. Qafqaz və Azərbaycanda 1 növü məlumdur. Bu cins və onun növü Azərbaycan florası üçün ilk dəfə verilmişdir (Əsgərov, 1984). Zaqatala qoruğu ərazisində (Sidlov dağı) subalp qurşağın müxtəlif kollardan ibarət fitosenozları arasında aşkar edilmişdir.